Bu rayonlara 6 ay istilik veriləcək - SİYAHI
04 May 2026, 22:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
219
04.05.2026, 20:15
"Kənd Təsərrüfatı Nazirliyi əkilməyən torpaqlarla bağlı layihə təqdim edəcək".
Oxu24.com bildirir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və İcra intizamı şöbəsinin müdiri Yasər Abdullayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında "Yaşıllıqların mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
O bildirib ki, hazırda sözügedən istiqamətdə qanun layihəsi üzərində işlənilir:
Həmçinin oxuyun
"Bundan başqa, bizim bir qanun layihəmiz var idi, təəssüf ki, parlamentə qədər çatdıra bilmədik. Qanun layihəsi çərçivəsində bu məsələni altproqram kimi nəzərdə tutmuşduq. Türkiyədə istifadə olunan mexanizm var ki, əgər torpaq mülkiyyətçisi iki il müddətində onu istifadə etmirsə, dövlət həmin torpağı, məsələn Yasərin adından Arifə icarəyə verir, icarə haqqını isə Yasərin bank hesabına köçürür. Bununla da torpaqların istifadəsini məcburi edir. Həmçinin istifadəsiz torpağa görə də vergiləri dəfələrlə artırır.
Bu gün bizdə bələdiyyə vergisidir. Lakin tətbiq mexanizmi, görünən odur ki, istənilən səviyyədə deyil. Bu səbəbdən istifadəsiz torpaqlarımız çoxdur. Düzdür, başqa səbəbləri də var. Azərbaycanda 75-76 faiz torpaq sahələri 3 hektardan aşağıdır. Bu torpaqlarda isə təsərrüfat iqtisadi cəhətdən səmərəli deyil. Bu, sizin üçün əlavə gəlir sahəsi ola bilər. Yəni müəllimsən, ikinci iş yeri kimi bu torpaqları əkib, pul qazana bilərsən. Taxılçılıqda iqtisadi cəhətdən səmərəlilik 24 hektardır. Bağçılıq, bostançılıq 3-5 hektardır. Kənd yerlərində torpaqlar var ki, urbanizasiya prosesinə görə də torpaqlar istifadə olunmur. Gələcək üçün bununla bağlı fikirlərimiz var"./oxu.az
22:56 / 04 May 2026
1
22:37 / 04 May 2026
35
22:08 / 04 May 2026
40
21:45 / 04 May 2026
398
21:38 / 04 May 2026
54
21:31 / 04 May 2026
56
21:20 / 04 May 2026
45
21:10 / 04 May 2026
45
21:02 / 04 May 2026
49
21:00 / 04 May 2026
58
20:59 / 04 May 2026
45
20:55 / 04 May 2026
46
20:48 / 04 May 2026
47
20:45 / 04 May 2026
49
20:42 / 04 May 2026
55
20:42 / 04 May 2026
57
20:36 / 04 May 2026
293
20:33 / 04 May 2026
49
20:27 / 04 May 2026
48
20:16 / 04 May 2026
52
20:11 / 04 May 2026
83
20:09 / 04 May 2026
66
20:00 / 04 May 2026
250
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.