Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda binada yanğın - ÖLƏN VAR

Bakıda binada yanğın - ÖLƏN VAR

CƏMİYYƏT

207

29.04.2026, 00:43

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Oxu24.com -a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50kv.m. olan ikiotaqlı mənzilin mətbəxində dolab və soba yanıb.

Yanğınsöndürənlər tərəfindən mənzil sahibi, 1939-cu il təvəllüdlü Əliyeva Ayla Ağahəsən qızının meyiti blokun girişində aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.