Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ! Tehranda güclü PARTLAYIŞLAR 

TƏCİLİ! Tehranda güclü PARTLAYIŞLAR 

CƏMİYYƏT

147

23.04.2026, 23:43

İranın paytaxtı Tehranda gecə saatlarında ard-arda baş verən güclü partlayış səsləri şəhərdə böyük təşvişə səbəb olub. Sakinlərin verdiyi məlumata görə, xüsusilə Tehranın şərqindəki Pardis bölgəsində, eləcə də qərb hissəsində yerləşən Çitgar və Şəhri-Qüds ərazilərində güclü partlayışlar qeydə alınıb. Səslərin hava hücumundan müdafiə (HHM) sistemlərinin aktivləşməsi nəticəsində yarandığı bildirilir.

Oxu24.com  xəbər verir ki, yerli vaxtla saat 02:50-dən etibarən başlayan və səhər saat 04:20-dək davam edən partlayışlar Tehranla yanaşı, qonşu Kərəc, Bomehen və Dəmavənd bölgələrində də aydın eşidilib. Hadisə şahidləri göy üzündə HHM sistemlərinin müəyyən hədəfləri zərərsizləşdirdiyini müşahidə etdiklərini bildiriblər. Hazırda partlayışların dəqiq səbəbi, hücumun mənbəyi və ya dəymiş ziyan barədə rəsmi orqanlar tərəfindən hər hansı açıqlama verilməyib. Paytaxtda  olaraq qalır.NOCOMMENT.az