Qaynar xətt:

(+99450) 247 90 86

Bu marşrut üzrə bütün avtobuslar yenilənir 

Bu marşrut üzrə bütün avtobuslar yenilənir 

CƏMİYYƏT

248

21.04.2026, 20:10

53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir.

Bu barədə Oxu24.com -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Aprelin 22-dən marşrut üzrə 10 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Xatırladaq ki, marşrut xəttində avtobusların bir qismi ötən ilin noyabrında yenilənib. Daşıyıcı tərəfindən yeni avtobuslar gətirilərək xəttə əlavə olunur.