“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
10 İyul 2026, 23:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
702
16.04.2026, 10:59
Space TV-də baş verən son kadr dəyişiklikləri, xüsusilə Vado Korovinin rəhbərlikdən gedişi kanalın gələcək taleyini yenidən gündəmə gətirib. Uzun müddətdir reytinq və auditoriya itkisi ilə üzləşən telekanalın müasir media mühitindəki durumu ciddi suallar doğurur.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən yeni media üzrə tədqiqatçı Səbinə İzzətli bildirib ki, müasir media mühitində əsas problem texnoloji rəqabətə uyğunlaşa bilməməkdir.
Ekspertin sözlərinə görə, Space TV də daxil olmaqla, bir çox özəl telekanallar rəqəmsallaşma prosesinə gec adaptasiya olunur.
"İzləyici artıq hədəfləri olan auditoriyadır"
S.İzzətli vurğulayıb ki, hazırda YouTube, sosial media və onlayn platformalar əsas informasiya mənbəyinə çevrilib. Ənənəvi televiziya formatları isə bu keçidi vaxtında və effektiv edə bilmir:
"Problem yalnız texniki deyil, həm də kontentin köhnəlməsidir. Proqram formatları, təqdimat üslubu və mövzu seçimi yenilənən auditoriyanın gözləntilərinə cavab vermir. Bu gün biz sadəcə hədəf auditoriyadan yox, hədəfləri olan auditoriyadan danışırıq. Özəl kanallar öz izləyicisinin nə istədiyini ölçə biləcək mexanizmlərə və strategiyalara sahib olmalıdır. Əks halda auditoriya və etimad itkisi qaçılmazdır”.
Kanalın yenidən dirçəlməsi üçün hansı addımların atılmalı olduğuna toxunan tədqiqatçı qeyd edib ki, burada həm format dəyişikliyi, həm də rəhbərlik modelinin yenilənməsi paralel şəkildə aparılmalıdır:
“Ənənəvi idarəetmədən çıxmaq, daha çevik və rəqəmsal yönümlü menecmentə keçid şərtdir. Hazırda kanallarda müasir texnoloji-analitik düşüncəyə malik rəhbər kadrların çatışmazlığı hiss olunur. Dünya təcrübəsində bu sahəni rəqəmsal bilikləri olan peşəkarlar idarə edir. Universitetlərdə müasir tələblərə uyğun media menecerləri yetişdirilməlidir. Yerli kadrlar yetişənə qədər, xaricdə təcrübə qazanmış şəxslərin prosesə cəlb edilməsi fərqi görmək üçün vacibdir”.
Yeni strategiya necə olmalıdır?
Ekspert hesab edir ki, Space TV və digər özəl kanallar yaşamaq üçün multiplatformalı strategiya (TV, sosial media, onlayn) qurmalıdır. Xüsusilə gənc auditoriyanı cəlb etmək üçün qısa, dinamik və orijinal layihələrin təqdim olunması kanalın gələcək reytinqləri üçün həlledici rol oynaya bilər.
Çimnaz Telmanqızı
00:51 / 11 İyul 2026
1
00:03 / 11 İyul 2026
99
23:38 / 10 İyul 2026
112
23:27 / 10 İyul 2026
56
22:53 / 10 İyul 2026
66
22:50 / 10 İyul 2026
68
22:49 / 10 İyul 2026
62
22:37 / 10 İyul 2026
67
22:15 / 10 İyul 2026
65
22:08 / 10 İyul 2026
61
21:52 / 10 İyul 2026
86
21:19 / 10 İyul 2026
76
21:11 / 10 İyul 2026
87
20:29 / 10 İyul 2026
87
20:02 / 10 İyul 2026
81
19:50 / 10 İyul 2026
142
19:41 / 10 İyul 2026
89
19:10 / 10 İyul 2026
99
18:53 / 10 İyul 2026
94
18:37 / 10 İyul 2026
89
18:15 / 10 İyul 2026
102
18:01 / 10 İyul 2026
84
17:57 / 10 İyul 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.