Emin Əmrullayev əmr İMZALAYIB
12 Noyabr 2026, 11:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1106
16.04.2026, 09:44
Beynəlxalq axtarışa verilən məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib.
Bu barədə Oxu24.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Hüseynova Sevinc Əlisəfa qızının ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Bakı şəhərinin Suraxanı rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə məktəb direktoru vəzifəsində işləyən Hüseynova Sevinc Əlisəfa qızının qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə bir neçə şəxsin ümumilikdə 69 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən Sevinc Hüseynovanın qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, təkrar törədilməklə dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sevinc Hüseynova Türkiyənin ərazisində saxlanılıb.
Sevinc Hüseynovanın Azərbaycana gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.
11:31 / 12 Noyabr 2026
17
11:24 / 12 Noyabr 2026
81
11:21 / 12 Noyabr 2026
36
11:19 / 12 Noyabr 2026
44
11:05 / 12 Noyabr 2026
53
11:00 / 12 Noyabr 2026
73
10:45 / 12 Noyabr 2026
92
10:39 / 12 Noyabr 2026
94
10:36 / 12 Noyabr 2026
83
10:27 / 12 Noyabr 2026
231
10:20 / 12 Noyabr 2026
87
10:18 / 12 Noyabr 2026
82
10:05 / 12 Noyabr 2026
206
09:51 / 12 Noyabr 2026
94
09:48 / 12 Noyabr 2026
94
09:42 / 12 Noyabr 2026
257
09:36 / 12 Noyabr 2026
105
09:22 / 12 Noyabr 2026
730
08:13 / 12 Noyabr 2026
228
08:05 / 12 Noyabr 2026
83
07:20 / 12 Noyabr 2026
140
03:10 / 12 Noyabr 2026
164
01:25 / 12 Noyabr 2026
297
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.