İşdən azad olunmaq xəbəri YALAN ÇIXDI
30 Sentyabr 2026, 10:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
707
13.04.2026, 15:34
Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün rezidenturaya ərizə qəbulu elan edib.
Bu barədə Oxu24.com-a DİM-dən məlumat verilib.
Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 1-ci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2026-cı il 13 apreldən 20 aprel saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdinin 2026-cı il mayın 3‑də keçirilməsi planlaşdırılır.
Ötən illərdə rezidenturaya qəbulun I mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) “məqbul” nəticə əldə etmiş namizədlər də rezidenturaya qəbulun II mərhələsində (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) iştirak etmək üçün “Namizədin elektron ərizəsi” formasını doldurur, müvafiq bənddə qeydiyyat aparmaqla ərizəni təsdiq edir (etdirir). İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmış namizədlər tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə (22-30 iyul 2026-cı il tarixinə planlaşdırılır) qeydiyyatdan keçməlidirlər.
İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox olan bal toplayan) namizədlər buraxılırlar.
Qəbul elanının tam mətni «Rezidentura» jurnalının 2-ci sayında dərc olunub. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda «Rezidentura» jurnalının bu sayında müsabiqə şərtləri, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilib.
10:36 / 30 Sentyabr 2026
134
10:30 / 30 Sentyabr 2026
22
10:25 / 30 Sentyabr 2026
24
10:20 / 30 Sentyabr 2026
34
10:10 / 30 Sentyabr 2026
55
10:00 / 30 Sentyabr 2026
263
09:55 / 30 Sentyabr 2026
41
09:55 / 30 Sentyabr 2026
47
09:50 / 30 Sentyabr 2026
59
09:28 / 30 Sentyabr 2026
45
09:25 / 30 Sentyabr 2026
48
09:20 / 30 Sentyabr 2026
50
09:15 / 30 Sentyabr 2026
70
09:15 / 30 Sentyabr 2026
53
09:10 / 30 Sentyabr 2026
52
08:51 / 30 Sentyabr 2026
56
08:48 / 30 Sentyabr 2026
2336
08:39 / 30 Sentyabr 2026
76
08:36 / 30 Sentyabr 2026
57
07:42 / 30 Sentyabr 2026
74
07:36 / 30 Sentyabr 2026
480
00:16 / 30 Sentyabr 2026
123
00:02 / 30 Sentyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.