Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
30 Sentyabr 2026, 22:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
955
24.03.2026, 18:06
Sumqayıt Xəzər dənizinə çıxışı olan strateji şəhərlərdən biri kimi mühüm coğrafi üstünlüyə malikdir. Buna baxmayaraq, şəhərdə iş imkanlarının məhdudluğu səbəbindən əhalinin bir hissəsi paytaxt Bakıya üz tutur. Sumqayıtda dəniz limanının tikilməsi bu tendensiyanı dəyişə bilər. Belə bir layihə regionda iqtisadi aktivliyi artırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına, logistika və sənaye sektorunun inkişafına təkan verə bilər. Eyni zamanda, Xəzər hövzəsində ticarət imkanlarının genişlənməsi şəhərin strateji əhəmiyyətini daha da gücləndirə bilər.
Belə bir layihənin həyata keçirilməsi üçün hansı investisiyalar tələb olunur?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, Sumqayıtda dəniz limanının tikilməsi iri həcmli və çoxşaxəli investisiyalar tələb edən layihədir.
İqtisadçı Akif Nəsirli: "Dollar sistemi həm ABŞ-ın gücünə, həm də dünya miqyasında yaranmış etimada və vərdişə əsaslanır"
İqtisadçının sözlərinə görə, ilkin mərhələdə əsas kapital qoyuluşu liman infrastrukturunun qurulmasına yönəlir. Buraya sahilboyu ərazilərin hazırlanması, dərinləşdirmə işləri, körpülərin, yanalma terminallarının, anbarların və konteyner meydançalarının tikintisi daxildir. Xəzər sahilinin xüsusiyyətləri nəzərə alınaraq hidrotexniki qurğuların inşası da ciddi maliyyə tələb edir.
Logistika şəbəkəsinin inkişafına toxunan A. Nəsirli əlavə edib ki, limanın effektiv fəaliyyəti üçün onu ölkənin əsas nəqliyyat xətləri ilə birləşdirən avtomobil və dəmir yolu infrastrukturu gücləndirilməlidir. Bu baxımdan Bakı ilə əlaqələrin optimallaşdırılması və regionlara çıxış imkanlarının genişləndirilməsi əlavə investisiyalar tələb edir.
Ekspert vurğulayıb ki, texnoloji və əməliyyat avadanlıqları da böyük xərc yaradır. Yükləmə-boşaltma kranları, konteyner idarəetmə sistemləri, rəqəmsal logistika platformaları və təhlükəsizlik sistemləri müasir limanın əsas elementləridir. Bununla yanaşı, limanın rəqabət qabiliyyətinin artırılması üçün avtomatlaşdırma və rəqəmsallaşmaya da yatırım edilməlidir.
Enerji və kommunal təminat məsələsi də diqqət mərkəzindədir. Elektrik, su, yanacaq və digər resursların fasiləsiz təmin olunması üçün ayrıca infrastruktur qurulmalıdır. Eyni zamanda, ekoloji tələblərə uyğunluq baxımından tullantıların idarə olunması və ətraf mühitin qorunması sistemlərinə də vəsait ayrılmalıdır.
Akif Nəsirli qeyd edib ki, insan kapitalına investisiya da vacib amillərdəndir. Limanın idarə olunması və logistika əməliyyatları üçün ixtisaslı kadrların hazırlanması, təlim proqramlarının təşkili və effektiv idarəetmə strukturlarının qurulması əlavə xərclər tələb edir.
Sonda iqtisadçı bildirib ki, belə layihələr adətən dövlət büdcəsi, özəl sektor və beynəlxalq maliyyə institutlarının birgə iştirakı ilə reallaşdırılır. Bu isə o deməkdir ki, layihə yalnız tikinti mərhələsini deyil, həm də uzunmüddətli idarəetmə və inkişaf üçün davamlı investisiya axınını nəzərdə tutur.konkret.az
23:02 / 30 Sentyabr 2026
66
22:17 / 30 Sentyabr 2026
1305
22:16 / 30 Sentyabr 2026
84
21:40 / 30 Sentyabr 2026
120
21:12 / 30 Sentyabr 2026
834
21:10 / 30 Sentyabr 2026
66
20:44 / 30 Sentyabr 2026
69
20:38 / 30 Sentyabr 2026
247
20:33 / 30 Sentyabr 2026
72
20:10 / 30 Sentyabr 2026
125
20:10 / 30 Sentyabr 2026
89
19:50 / 30 Sentyabr 2026
86
19:35 / 30 Sentyabr 2026
458
19:26 / 30 Sentyabr 2026
217
19:26 / 30 Sentyabr 2026
87
19:23 / 30 Sentyabr 2026
74
19:21 / 30 Sentyabr 2026
86
19:15 / 30 Sentyabr 2026
76
19:12 / 30 Sentyabr 2026
95
19:01 / 30 Sentyabr 2026
103
18:53 / 30 Sentyabr 2026
152
18:45 / 30 Sentyabr 2026
121
18:29 / 30 Sentyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.