AZAL açıqladı:Təyyarələr Bakıya geri qayıtdı?
12 İyun 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
30459
23.03.2026, 13:32
Bu gün Azərbaycanın ən qocaman generallarından olan Akif Bəşir oğlu Rəfiyevin doğum günüdür.
Oxu24.com xəbər verir ki,II dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general-mayoru) Akif Rəfiyev 90 yaşını qeyd edir.
Əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general-mayoru), müharibə və əmək veteranı, Azərbaycan Ağsaqqallar Şurasının Məclis üzvü, Binəqədi rayonu Ağsaqqallar Şurasının sədri olan A.Rəfiyev
1936-cı il martın 23-də Gəncə şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini bitirib.1960-1961-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda ekspert-kriminalist, 1961-64-cü illərdə Şəmkir rayon prokuronunun köməkçisi, 1964-1966-cı illərdə Azərbaycan SSR Prokurorluğunda şöbə prokuroru, 1966-1970-ci illərdə İsmayıllı rayon prokuroru, 1970-1976-cı illərdə Mingəçevir şəhər prokuroru, 1976-1979-cu illərdə Zaqatala rayon prokuroru, 1979-1981-ci illərdə Sumqayıt şəhər prokuroru işləyib.
1982-ci ilin yanvarından 1989-cu ilin avqust ayına kimi Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisi, 1989-1991-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, 1991-2002-ci illərdə isə Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini vəzifələrində çalışıb.
Hüquq mühafizə sahəsində 42 il fasiləsiz işləmişdir. 1989-cu ildə Respublikada, xüsusilə Qarabağda cinayətkarliğa qarşı mübarizədə, eləcə də sabitliyin təmin olunması xidmətlərinə görə "Əməkdar hüquqşünas" fəxri adı verilmişdir. 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri (Ədliyyə general mayoru) rütbəsi verilmişdir. İşlədiyi müddət ərzində hüquq jurnallarında məqalə və müsahibələri, hüququn ayrı-ayrı aktual məsələləri və problemlərinə dair 100-dən artıq çıxışı və məqaləsi olub.
O,Daxili İşlər Nazirliyində Cəfər Vəliyev, Aydin Məmmədov, Məhəmməd Əsədov, Ədliyyə Nazirliyində Əlisaab Orucov, İlyas İsmayılov, Südabə Həsənova və Fikrət Məmmədov, prokurorluq sistemində Seyfulla Əkbərov, Qamboy Məmmədov və Abbas Zamanovla işləyib. Ümumilikdə 7 nazir və 3 baş prokurorun zamanı mühüm vəzifələrdə çalışıb.
Bir oğlu, bir qızı var. Hər ikisi ixtisasca həkimdir. Oğlunun ali hüquq təhsili də var.
Akif Rəfiyev məşhur Rəfibəylilər nəslindəndir.
"Gəncəliyik, nəslimizin 400 ildən artıq tarixi var. Ümumiyətlə, Rəfibəylilər 16 soyadı daşıyır: Rəfibəyli, Rəfili, Rəfizadə, Rəfibəyov, Rəfiyev. Türkiyədə isə 3 soyad – Arran, Sayqın, Əsgəran. Orta Asiyada da nəslimizin davamçıları var. 1920-ci ildən 1949-cu ilə qədər nəslimiz 9 dəfə sürgün olunub. Hələ mən güllənənləri, öldürülənləri demirəm. Ona görə də bizim nəsildə hətta Kərimov, Kərimli, Rəcəbov, Babayev kimi soyadlar daşıyanlar da az deyil.
Atamın Cəmil adlı əmisi oğlu var idi, çox cəngavər insan idi. 1926-cı ildən 1956-cı ilədək sürgündə olmuşdu. O, 500 süvarinin rəhbəri imiş Gəncə quberniyası general-qubernatorunun əmriylə Qarabağa göndərilib. Ağdamla Əsgəran arasında 3 bolşeviki azad eləyib.
Gəncədən göstəriş alıb geri dönərkən, Yevlax stansiyasına Cümhuriyyət hökumətinin devrildiyini bilib. Onu yaxalayıb yeni hökumət nümayəndəsinin yanına aparıblar. Zirzəmidə üz-üzə gələrkən bolşevik komandir Cəmil bəyi tanıyıb. Deyib ki, Əsgəranda “erməni deyillərsə, əl-qollarını açıb buraxın” deyən sən idin. Cəmil bəy soruşub ki, bəs sən kimsən. Deyib ki, mən Mircəfər Bağırovam. “Gəl biz tərəfə keç!” O razılaşmayıb, “Gəncəyə qayıdacam”, deyib.Bax belə, biz Rəfibəylilər həyatın hər cür çətinliyilə üz-üzə gəlmiş və hazırda dünyanın bir neçə olkəsində müxtəlif soyadlarla yaşayırlar",-deyə o,müsahibələrinin birində qeyd edib.
Miri Məcidli
23:47 / 12 İyun 2026
1
23:28 / 12 İyun 2026
49
22:38 / 12 İyun 2026
75
22:20 / 12 İyun 2026
94
21:59 / 12 İyun 2026
303
21:52 / 12 İyun 2026
87
21:49 / 12 İyun 2026
89
21:37 / 12 İyun 2026
370
21:24 / 12 İyun 2026
100
21:19 / 12 İyun 2026
95
21:17 / 12 İyun 2026
81
17:40 / 12 İyun 2026
148
17:20 / 12 İyun 2026
128
17:05 / 12 İyun 2026
407
16:55 / 12 İyun 2026
119
16:40 / 12 İyun 2026
209
16:35 / 12 İyun 2026
160
16:21 / 12 İyun 2026
121
16:20 / 12 İyun 2026
151
16:15 / 12 İyun 2026
144
16:15 / 12 İyun 2026
281
16:14 / 12 İyun 2026
218
16:12 / 12 İyun 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.