Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
30 Sentyabr 2026, 22:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7012
21.03.2026, 09:34
Xəbər verdiyimiz kimi,Prezident İlham Əliyev icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı mühüm Fərman imzalayıb. Sənədə əsasən, əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı sistem yenidən qurulur və bu sahədə bir sıra səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) verilir.
Fərmana uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilərək nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb. Yeni qurum icbari tibbi sığortanın tətbiqi, maliyyə vəsaitlərinin idarə olunması, tibbi xidmətlərin maliyyələşdirilməsi və əlilliyin müəyyən edilməsi kimi əsas funksiyaları özündə cəmləyəcək.
Eyni zamanda, dərman təminatı səlahiyyətləri TƏBİB-ə, reabilitasiya xidmətləri isə Sosial Xidmətlər Agentliyinə ötürülür. Yeni agentliyin idarə olunması 5 nəfərlik İdarə Heyəti tərəfindən həyata keçiriləcək və keçid dövründə mövcud qurumlar fəaliyyətini davam etdirəcək.
Oxu24.com xəbər verir ki,İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artıq əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə həvalə olunub.
Hökumət mənbələrindən Modern.az-a verilən məlumata görə, səhiyyə sahəsində islahatlar bununla yekunlaşmayacaq.
Belə ki, növbəti mərhələdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Səhiyyə Nazirliyinə birləşdirilməsi məsələsinə baxıla bilər. Bu istiqamətdə müzakirələrin getdiyi bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl birləşdirmə ilə bağlı suala cavab verən səhiyyə naziri Teymur Musayev səhiyyə sahəsində mərhələli şəkildə islahatların aparıldığını bildirmişdi.
Qeyd edək ki, TƏBİB 2018-ci ildə Prezident fərmanı ilə yaradılıb və hazırda səhiyyə sistemində əsas icraedici qurumlardan biri kimi fəaliyyət göstərir.
Prezidentin 13 may 2022-ci il tarixində imzaladığı Fərmana əsasən, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti ölkə başçısının vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.
TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən, səhiyyə nazirinin müavinindən, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, Agentliyin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılıb.
Nəzərə alsaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi artıq ləğv edilib, onun sədri isə səlahiyyətlərini itirib, onda TƏBİB-in Müşahidə Şurasının yenidən formalaşdırlacağı məsləsinə baxılması gündəmdə olacaq. Hətta deyildiyi kimi, TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi də gözləniləndir.
23:02 / 30 Sentyabr 2026
76
22:17 / 30 Sentyabr 2026
1972
22:16 / 30 Sentyabr 2026
101
21:40 / 30 Sentyabr 2026
139
21:12 / 30 Sentyabr 2026
918
21:10 / 30 Sentyabr 2026
73
20:44 / 30 Sentyabr 2026
73
20:38 / 30 Sentyabr 2026
295
20:33 / 30 Sentyabr 2026
75
20:10 / 30 Sentyabr 2026
135
20:10 / 30 Sentyabr 2026
93
19:50 / 30 Sentyabr 2026
89
19:35 / 30 Sentyabr 2026
539
19:26 / 30 Sentyabr 2026
237
19:26 / 30 Sentyabr 2026
92
19:23 / 30 Sentyabr 2026
79
19:21 / 30 Sentyabr 2026
90
19:15 / 30 Sentyabr 2026
80
19:12 / 30 Sentyabr 2026
98
19:01 / 30 Sentyabr 2026
108
18:53 / 30 Sentyabr 2026
163
18:45 / 30 Sentyabr 2026
125
18:29 / 30 Sentyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.