Xocavənd kəndinə daha 32 ailə yola salınıb
30 Aprel 2026, 12:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3186
20.03.2026, 12:54
Azərbaycan Prezidenti İlham Əliyev dövlət sektorunda əməkhaqlarının tənzimlənməsi ilə bağlı bir neçə fərman imzalayıb. Sənəd dövlət idarəçiliyində aparılan institusional islahatların davamlılığını, dövlət qulluğunda əməkhaqqı sisteminin daha təkmilləşdirilməsini və eləcə də optimal və balanslı şəkildə həyata keçirilməsini nəzərdə tutur.
Əməkhaqqı sisteminin təkmilləşdirilməsində əsas məqsəd dövlət qurumlarında maaşların müəyyənləşdirilməsində vahid və sistemli yanaşmanı həyata keçirməkdir. Bu maaşların optmillaşdırılaraq artırılmasına səbəb olmaqla yanaşı, dövlət qurumlarında şəffaflığın daha da yüksəlməsinə və qərarların qəbulunda çevikliyin artmasına gətirib çıxaracaq. Eyni zamanda, dövlət qulluğuna ixtisaslı kadrların daha yaxından cəlb edilməsinə və məşğulluqda sektoral rəqabətin güclənməsinə də səbəb olacaq.
Son əmək haqqı artımları kimlərə şamil ediləcək?
Oxu24.com xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan Prezidenti tərəfindən imzalanan son sənədlərin dövlət qulluqçularının, dövlət qulluğunun inzibati və yardımçı vəzifələrində çalışanların, dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin və eləcə də bir sıra digər dövlət qurumlarının əməkdaşlarının maaşlarına təsir göstərəcəyini deyib
O bildirib ki, bu onların əməkhaqlarında artımlar ilə müşahidə ediləcək:
Həmçinin oxuyun
“Hazırda dövlət qulluqçuların sayı 27 min 360 nəfərdir. Onların 8283 nəfəri qadınlardır. Dövlət qulluqçularının ən çox çalışdığı 7-ci təsnifat üzrə inzibati vəzifələrdir: 12751 nəfər. Dövlət qulluğunun yardımçı vəzifələrində isə 6058 vətəndaşımız çalışır. Dövlət qulluqçularının ən az çalışdığı təsnifat isə 4-cüdür. Bu təsnifat üzrə cəmi 1014 vətəndaşımız çalışır. Göründüyü kimi, əmək haqqlarının təkmilləşdirilməsi dövlət qulluğunda çalışan 27360 vətəndaşımıza şamil olunacaq. Bir sıra digər dövlət qurumlarında çalışanların da maaş sistemi təkmilləşdirildiyi üçün bu islahat daha çox vətəndaşımız əhatə edəcək”.
Deputat yeni sistemin üstünlüklərindən də danışıb: “Əlavələr və mükafatların ləğvi maaşlara vahid yanaşmaya imkan verəcək. Bu eyni zamanda ölkə üzrə orta aylıq əməkhaqqı məbləğinə də təsirsiz ötüşməyəcək. Digər tərəfdən, vahid əməkhaqqı sistemi daha çox pensiya kapitalının toplanmasına da imkan verəcək. Əməkhaqqı sisteminin təkmilləşdirilməsi bank və maliyyə məhsullarına əlçatanlığı da artıracaq.
Hazırda dövlət sektorunda çalışan vətəndaşlarımız sayı 861,4 min nəfərdir. Ölkə üzrə ən yüksək əməkhaqqı mədənçıxarma sənayesindədir: 3787 manat. Ən aşağı maaş isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda qeydə alınıb. Bu sektorda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın orta aylıq əməkhaqqısı 687 manatdır. Dövlət idarəetməsi, müdafiə və sosial təminatda çalışanların orta aylıq maaşı isə 1434 manatdır.
Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, dövlət qulluqçularının orta aylıq maaşı 1971 manatdır. Son islahatdan sonra bu məbləğdə xüsusi artımların olacağı gözlənilir. Bütövlükdə, Azərbaycan Prezidentinin imzaladığı son fərmanlar dövlət idarəetmə sistemində aparılan islahatların daha da dərinləşməsinə xidmət edəcək”.
12:17 / 30 Aprel 2026
21
12:09 / 30 Aprel 2026
23
12:03 / 30 Aprel 2026
32
11:59 / 30 Aprel 2026
26
11:57 / 30 Aprel 2026
154
11:41 / 30 Aprel 2026
40
11:30 / 30 Aprel 2026
374
11:25 / 30 Aprel 2026
95
11:20 / 30 Aprel 2026
48
11:15 / 30 Aprel 2026
43
11:12 / 30 Aprel 2026
51
11:03 / 30 Aprel 2026
197
11:00 / 30 Aprel 2026
62
10:49 / 30 Aprel 2026
76
10:42 / 30 Aprel 2026
63
10:39 / 30 Aprel 2026
49
10:37 / 30 Aprel 2026
51
10:33 / 30 Aprel 2026
62
10:31 / 30 Aprel 2026
111
10:29 / 30 Aprel 2026
58
10:13 / 30 Aprel 2026
617
10:11 / 30 Aprel 2026
41
10:09 / 30 Aprel 2026
44
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.