Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
30 Sentyabr 2026, 22:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1301
19.03.2026, 13:34
Qaradağ Rayon İcra Hakimiyyətində rayonun qəsəbə nümayəndələrinin kommunal xidmət sahələri və aidiyyəti qurum rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilib, yol verilmiş nöqsanlara görə məsul şəxslərə xəbərdarlıq edilib.
Bu barədə Oxu24.com-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Bildirilib ki, təmizlik sahəsindəki çatışmazlıqlara görə Lökbatan qəsəbəsi üzrə nümayəndəliyin baş məsləhətçisi Hikmət Lətifova və Ələt qəsəbəsi üzrə nümayəndə Altay Əliyevə xəbərdarlıq edilib. Qanunsuz tikililərlə bağlı nöqsanlara görə isə Qızıldaş qəsəbəsi üzrə nümayəndə Ruslan Əkbərova və Puta qəsəbəsi üzrə nümayəndə Ayaz Dünyamalıyevə ciddi xəbərdarlıqlar olunub.
Bununla yanaşı müşavirədə rayon ərazisində mövcud vəziyyət, o cümlədən təmizlik, abadlıq, tikinti və inzibati nəzarət sahələrindəki problemlər müzakirə olunub.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov rayonun bəzi qəsəbələrində mövcud olan nöqsanları diqqətə çatdıraraq, məsul şəxslərə ciddi xəbərdarlıqlar edib və qeyd olunan problemlərin ən qısa müddətdə aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Müşavirədə çıxış edən BŞİH-nin şöbə müdiri Anar Tağıyev bildirib ki, Qaradağ rayonunun bəzi ərazilərində nöqsanlar mövcüddur və bütün bunlar ümumi mənzərəyə xələl gətirir.
İclas zamanı rayon ərazisində keçirilən monitorinqlər zamanı aşkar edilmiş problemlər konkret faktlarla təqdim olunub. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib, nəzarət mexanizmlərinin isə daha da gücləndiriləcəyi bildirilib.
Bundan əlavə rayon qəsəbələrində sanitar-təmizlik və qanunsuz tikililərlə bağlı məsələlər xüsusi müzakirə mövzusu olub və bu istiqamətdə ciddi tənqidlər səsləndirilib. Qeyd olunub ki, tikinti sahəsində qanunvericiliyin tələblərinə əməl olunmalı, özbaşına tikililərə qəti şəkildə son qoyulmalı və belə halların qarşısı operativ şəkildə alınmalıdır. Hər iki istiqamətdə nəzarətin daha da sərtləşdirilməsinin vacibliyi vurğulanıb.
Sonda tədbirlər planı qəbul edilib və verilən tapşırıqların icrasını nəzarətdə saxlanılması üçün məsul şəxslər təyin edilib. Öz növbələrində qəsəbə nümayəndələri nöqsanlarını qəbul edib, bu cür halların bir daha təkrarlanmayacağına və mövcüd qüsurların tezliklə aradan qaldırılacağına dair söz veriblər.
23:02 / 30 Sentyabr 2026
93
22:17 / 30 Sentyabr 2026
3833
22:16 / 30 Sentyabr 2026
110
21:40 / 30 Sentyabr 2026
341
21:12 / 30 Sentyabr 2026
1097
21:10 / 30 Sentyabr 2026
78
20:44 / 30 Sentyabr 2026
79
20:38 / 30 Sentyabr 2026
366
20:33 / 30 Sentyabr 2026
82
20:10 / 30 Sentyabr 2026
170
20:10 / 30 Sentyabr 2026
96
19:50 / 30 Sentyabr 2026
91
19:35 / 30 Sentyabr 2026
695
19:26 / 30 Sentyabr 2026
259
19:26 / 30 Sentyabr 2026
95
19:23 / 30 Sentyabr 2026
82
19:21 / 30 Sentyabr 2026
96
19:15 / 30 Sentyabr 2026
82
19:12 / 30 Sentyabr 2026
100
19:01 / 30 Sentyabr 2026
113
18:53 / 30 Sentyabr 2026
173
18:45 / 30 Sentyabr 2026
130
18:29 / 30 Sentyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.