Zığ şosesində məhdudiyyət aradan qaldırılıb
01 Oktyabr 2026, 08:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
740
18.03.2026, 11:15
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 11 avqust 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Tədavülə buraxılan investisiya, yubiley və xatirə pul nişanlarının satışı və geri alınması Qaydası"nda dəyişikliklər edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra onlayn satın alınmış yubiley və xatirə pul nişanı sistemdə seçilən vaxtda müvafiq satış məntəqəsindən əldə edilmədikdə AMB alıcı və yaxud onun nümayəndəsi ilə əlaqə yaradacaq və razılaşdırılmış yeni vaxt müəyyən edəcək. Alıcı və yaxud onun nümayəndəsi yeni vaxtda da yubiley və xatirə pul nişanını müvafiq satış məntəqəsindən təhvil almadıqda sifariş ləğv ediləcək. Bu halda, ödənilmiş məbləğ Elektron Xidmətlər Portalının elektron müraciət sistemində göstərilmiş bank rekvizitləri əsasında 3 iş günündə alıcının bank hesabına geri qaytarılacaq.
Bundan başqa, AMB pul nişanını geri aldıqda onun ekspertizası təqdim edən şəxsin (və yaxud onun nümayəndəsinin) birbaşa iştirakı ilə aparılacaq və dəyəri həmin gün "Nağdsız hesablaşmalar haqqında" qanunun tələbləri nəzərə alınmaqla nağd və yaxud nağdsız qaydada həmin şəxsə ödəniləcək.
Geri alınması üçün təqdim olunan pul nişanının ilkin ekspertizası zamanı onun həqiqiliyinə şübhə yarandıqda müvafiq pul nişanı onu təqdim edən şəxsin razılığı və birbaşa iştirakı ilə qablaşdırılır, ərizə əsasında satış agenti onu AMB-yə göndərir. Ərizə 3 nüsxədə tərtib olunur. Nüsxələrdən biri AMB-də, digəri satış agentində, üçüncüsü isə pul nişanını təqdim edən şəxsdə saxlanılır. Təqdim olunmuş pul nişanının ekspertizası 10 iş günündə aparılır. Ekspertiza nəticəsində pul nişanının həqiqiliyi təsdiq edildiyi halda, yubiley və xatirə pul nişanları üzrə onun nominal dəyəri, investisiya pul nişanları üzrə isə agent banka təhvil verildiyi tarixə AMB-nin internet səhifəsində müəyyən edilmiş geri alış qiyməti 3 iş günü müddətində müvafiq şəxsin bank hesabına köçürülür. Ekspertiza zamanı pul nişanının həqiqiliyinə şübhə yarandıqda müvafiq pul nişanını AMB əvvəlcədən razılıq alınmaqla istehsalçı şirkətə ekspertizaya göndərir.
08:03 / 01 Oktyabr 2026
1
23:02 / 30 Sentyabr 2026
101
22:17 / 30 Sentyabr 2026
4706
22:16 / 30 Sentyabr 2026
115
21:40 / 30 Sentyabr 2026
482
21:12 / 30 Sentyabr 2026
1189
21:10 / 30 Sentyabr 2026
78
20:44 / 30 Sentyabr 2026
81
20:38 / 30 Sentyabr 2026
428
20:33 / 30 Sentyabr 2026
84
20:10 / 30 Sentyabr 2026
180
20:10 / 30 Sentyabr 2026
97
19:50 / 30 Sentyabr 2026
92
19:35 / 30 Sentyabr 2026
801
19:26 / 30 Sentyabr 2026
267
19:26 / 30 Sentyabr 2026
97
19:23 / 30 Sentyabr 2026
84
19:21 / 30 Sentyabr 2026
100
19:15 / 30 Sentyabr 2026
84
19:12 / 30 Sentyabr 2026
102
19:01 / 30 Sentyabr 2026
114
18:53 / 30 Sentyabr 2026
179
18:45 / 30 Sentyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.