Zığ şosesində məhdudiyyət aradan qaldırılıb
01 Oktyabr 2026, 08:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2901
18.03.2026, 11:59
Dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki, bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb.
Belə ki, yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur.
Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.
Əvvəlki qaydalara əsasən isə dövlət qulluqçularının mükafatlandırılması üçün hər il dövlət büdcəsində əlavə vəsait ayrılırdı. Bu vəsaitin il ərzində həcmi əməkdaşın aylıq vəzifə maaşının üç misli qədər müəyyən edilirdi və əsasən bayram günləri münasibətilə kollektiv mükafatlar, həmçinin xidmətdə fərqlənən şəxslər üçün fərdi mükafatlar şəklində ödənilirdi.
Beləliklə, aparılan dəyişikliklər nəticəsində əməkhaqqının daha sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olması təmin ediləcək, dövlət qulluqçularının gəlirlərinin daha çox sabit maaş üzərində formalaşmasına zəmin yaradacaq.
08:03 / 01 Oktyabr 2026
1
23:02 / 30 Sentyabr 2026
101
22:17 / 30 Sentyabr 2026
4706
22:16 / 30 Sentyabr 2026
115
21:40 / 30 Sentyabr 2026
482
21:12 / 30 Sentyabr 2026
1189
21:10 / 30 Sentyabr 2026
78
20:44 / 30 Sentyabr 2026
81
20:38 / 30 Sentyabr 2026
428
20:33 / 30 Sentyabr 2026
84
20:10 / 30 Sentyabr 2026
180
20:10 / 30 Sentyabr 2026
97
19:50 / 30 Sentyabr 2026
92
19:35 / 30 Sentyabr 2026
801
19:26 / 30 Sentyabr 2026
267
19:26 / 30 Sentyabr 2026
97
19:23 / 30 Sentyabr 2026
84
19:21 / 30 Sentyabr 2026
100
19:15 / 30 Sentyabr 2026
84
19:12 / 30 Sentyabr 2026
102
19:01 / 30 Sentyabr 2026
114
18:53 / 30 Sentyabr 2026
179
18:45 / 30 Sentyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.