Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
13 Noyabr 2026, 01:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1805
17.03.2026, 12:40
Son illərdə Azərbaycanda təkrar ali təhsilə maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə bəzi özəl universitetlərdə Psixologiya ixtisasına tələbatın yüksək olduğu müşahidə edilir. Müxtəlif sahələrdə çalışan şəxslər yeni bilik və bacarıqlar əldə etmək, həmçinin karyeralarını dəyişmək məqsədilə ikinci ali təhsil almağa üstünlük verirlər.
Psixologiya ixtisasına marağın artması cəmiyyətdə psixoloji xidmətlərə ehtiyacın yüksəlməsi, eləcə də bu sahənin əmək bazarında aktuallığı ilə əlaqələndirilir.
Mövzu ilə bağlı Oxu24.com bir sıra ali təhsil müəssisələrinə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq Azərbaycan Kooperasiya Universitetinin tədris işləri üzrə prorektoru Fikrət Quliyev bildirib ki, 2026–2027-ci tədris ili üçün universitetdə təkrar ali təhsil üzrə Psixologiya ixtisasına qəbulun aparılması planlaşdırılmır.
Onun sözlərinə görə, gələcək illərdə bu ixtisas üzrə təkrar ali təhsilin açılması ilə bağlı qərar zamanla müəyyənləşdirilə bilər.
Prorektor qeyd edib ki, universitetdə təkrar ali təhsil üzrə əvvəlki illərdə ən çox müraciət edilən ixtisaslar əsasən bunlar olub:
* İqtisadiyyat
* Dövlət və bələdiyyə idarəetməsi
* Sosial iş
* Menecment
* Maliyyə
* Turizm işinin təşkili
Bakı Avrasiya Universiteti, Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Dillər Universitetindən bildirildi ki, 2026–2027-ci tədris ili üçün təkrar ali təhsil üzrə Psixologiya ixtisasına qəbulun aparılmayacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda bir sıra ali təhsil müəssisələrində Psixologiya ixtisası üzrə tədris aparılır. Bu ixtisas aşağıdakı universitetlərdə mövcuddur:
* Bakı Dövlət Universiteti (BDU)
* Bakı Slavyan Universiteti (BSU)
* Qarabağ Universiteti (QU)
* Sumqayıt Dövlət Universiteti (SDU)
* Naxçıvan Dövlət Universiteti (NDU)
* Gəncə Dövlət Universiteti (GDU)
* Qərbi Kaspi Universiteti (QKU)
* Odlar Yurdu Universiteti (OYU)
* Xəzər Universiteti (XU)
* Bakı Qızlar Universiteti (BQU)
Nərmin Balacayeva
01:52 / 13 Noyabr 2026
281
01:49 / 13 Noyabr 2026
730
00:49 / 13 Noyabr 2026
148
00:18 / 13 Noyabr 2026
140
00:17 / 13 Noyabr 2026
214
23:53 / 12 Noyabr 2026
1446
23:51 / 12 Noyabr 2026
146
23:40 / 12 Noyabr 2026
256
23:34 / 12 Noyabr 2026
137
23:24 / 12 Noyabr 2026
1027
23:20 / 12 Noyabr 2026
138
23:19 / 12 Noyabr 2026
144
23:18 / 12 Noyabr 2026
143
23:12 / 12 Noyabr 2026
143
23:03 / 12 Noyabr 2026
147
23:02 / 12 Noyabr 2026
286
22:59 / 12 Noyabr 2026
139
22:55 / 12 Noyabr 2026
164
22:49 / 12 Noyabr 2026
194
22:40 / 12 Noyabr 2026
144
22:24 / 12 Noyabr 2026
220
22:21 / 12 Noyabr 2026
143
22:13 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.