Ayaz Vəfalının ƏZİZ XATİRƏSİNƏ
11 Oktyabr 2026, 23:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
9212
17.03.2026, 12:06
Milli Məclis yol polisi üçün dayanma və ya durma, parklanma qaydalarının pozulmasına görə protokolun surətinin təqdim edilməsi qaydasındakı dəyişikliyi qəbul edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, dayanma və ya durma qaydalarının, parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbi aradan qaldırılır.
Bildirilib ki, bu sənədlərin çatdırılması real vaxt rejimində həyata keçirildiyi üçün kağız formatın aradan qalxması zərurətindən yaranıb.
Bundan əlavə, qanun layihəsində bildirilib ki, "Yol hərəkəti haqqında" Qanunda nəzərdə tutulmuş nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydalarını tənzimləyən normalarında, barələrində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxslərə sənədlərin çatdırılması öhdəliyi müəyyən edilir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, qərarın rəsmi verilməsi həmin qərarın verildiyi vaxt hesab olunur. Təklif edilən növbəti dəyişiklikdə isə sənədlərin rəsmi verilməsi vaxtı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə SMS məlumat çatdırıldığı vaxt və ya müvafiq sənədlərlə tanış olduğu vaxt hesab olunur.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
***
Milli Məclis "Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol"unu xüsusi qeyd-şərt nəzərə alınmaqla təsdiq edib.
Bununla bağlı qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd-şərtə əsasən, sənəd dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq vә qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyəti istisna olmaqla təsdiq edilir.
Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
00:17 / 12 Oktyabr 2026
66
23:55 / 11 Oktyabr 2026
54
23:50 / 11 Oktyabr 2026
202
23:43 / 11 Oktyabr 2026
59
23:37 / 11 Oktyabr 2026
58
23:30 / 11 Oktyabr 2026
267
23:21 / 11 Oktyabr 2026
99
23:09 / 11 Oktyabr 2026
305
23:02 / 11 Oktyabr 2026
101
22:49 / 11 Oktyabr 2026
236
22:46 / 11 Oktyabr 2026
97
22:28 / 11 Oktyabr 2026
1235
22:25 / 11 Oktyabr 2026
141
22:22 / 11 Oktyabr 2026
274
22:19 / 11 Oktyabr 2026
116
21:59 / 11 Oktyabr 2026
173
21:51 / 11 Oktyabr 2026
968
21:42 / 11 Oktyabr 2026
189
21:32 / 11 Oktyabr 2026
86
21:29 / 11 Oktyabr 2026
137
21:20 / 11 Oktyabr 2026
438
21:17 / 11 Oktyabr 2026
302
21:16 / 11 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.