Bakıda 14 istiqamətdə tıxac yaranıb
01 Oktyabr 2026, 08:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2362
17.03.2026, 10:55
Azərbaycanda “JEK”lərə (Mənzil Kommunal İstismar Sahəsi) ödənilən pul məsələsi tez-tez gündəmə gəlir. Məsələni aktuallaşdıran səbəb isə “JEK”lərin pul toplamasının qanuni olub-olmamasıdır. Söhbət ondan gedir ki, Mənzil Məcəlləsində çoxmənzilli binaların idarə edilməsi üsullarının sırasında bu qurumun adı yer almayıb.
Oxu24.com xəbər verir ki, məcəlləyə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur:
- Binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarəedilmə;
- Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarəedilmə;
- İdarəedici təşkilat tərəfindən idarəedilmə.
Bununla belə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda bildirilib ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri ilə ancaq müqavilə əsasında bu mənzillərə xidmət göstərə bilərlər. “JEK”lərin mənzillərə yalnız müqavilə əsasında xidmət göstərməsi Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli Qərarında da öz əksini tapıb.
Qurumun “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Qərarında, həmçinin “JEK”lərin topladıqların xidmət haqqının məbləği də müəyyən edilib.
Sənədə əsasən, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı 1 kvadratmetr yaşayış sahəsi üçün 1 ayda 1,5 qəpik təşkil edir. Lakin reallıqda bir çox hallarda “JEK”lər tərəfindən evlərin saxlanılması üçün xidmət haqqı hər kvadratmetrə görə 2 qəpikdən olmaqla, evin yaşayış sahəsinə yox, ümumi sahəyə tətbiq etməklə hesablanaraq ödənilməsi tələb edilir.
“JEK”lər bundan başqa, bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə haqqın da (“zibil pulu”) yığılmasını həyata keçirir. Bu xidmətə görə haqq mənzildə qeydiyyatda olan hər bir nəfərə görə aylıq 1 manat təşkil edir.
İstər evlərin saxlanılması üçün haqqı, istərsə də “zibil pulu” ilə bağlı digər məqam isə “JEK”lər tərəfindən bu xidmətlərə görə ödənişlərin nağd formada toplanılmasıdır. Halbuki “Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən, belə yığımlar yalnız nağdsız qaydada aparılmalıdır.
Qafqazinfo
08:46 / 01 Oktyabr 2026
1
08:03 / 01 Oktyabr 2026
56
23:02 / 30 Sentyabr 2026
103
22:17 / 30 Sentyabr 2026
5151
22:16 / 30 Sentyabr 2026
118
21:40 / 30 Sentyabr 2026
605
21:12 / 30 Sentyabr 2026
1273
21:10 / 30 Sentyabr 2026
78
20:44 / 30 Sentyabr 2026
84
20:38 / 30 Sentyabr 2026
495
20:33 / 30 Sentyabr 2026
85
20:10 / 30 Sentyabr 2026
183
20:10 / 30 Sentyabr 2026
100
19:50 / 30 Sentyabr 2026
94
19:35 / 30 Sentyabr 2026
896
19:26 / 30 Sentyabr 2026
272
19:26 / 30 Sentyabr 2026
98
19:23 / 30 Sentyabr 2026
84
19:21 / 30 Sentyabr 2026
102
19:15 / 30 Sentyabr 2026
84
19:12 / 30 Sentyabr 2026
105
19:01 / 30 Sentyabr 2026
116
18:53 / 30 Sentyabr 2026
181
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.