Ev almaq istəyənlərə ŞAD XƏBƏR!
13 Noyabr 2026, 09:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
671
17.03.2026, 10:32
Azərbaycan Respublikası Mərkəzi Bankının “Məsafədən hesabların açılması Qaydası”na etdiyi dəyişikliyə əsasən, bu gündən etibarən məsafədən bank hesablarının açılması yalnız gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq.
Bu barədə Oxu24.com-a “AzInTelecom” MMC-dən bildirilib.
Qeyd edilib ki, bu yenilik maliyyə institutlarından müştərilərin məsafədən identifikasiyası və autentifikasiyası prosesində yeni yanaşmalar tələb edir.
SİMA Rəqəmsal Həllər Platforması isə bu çərçivədə banklar da daxil olmaqla bütün maliyyə qurumları üçün optimal və effektiv həll kimi çıxış edir. Yeni qaydaların tətbiqi ilə maliyyə institutları müştərilərin məsafədən eyniləşdirilməsini müxtəlif üsullar vasitəsilə həyata keçirə bilər ki, SİMA bu proseslərin hər biri üçün uyğun həllər təqdim edir.
İstifadəçilərin foto çəkilişi vasitəsilə eyniləşdirilməsi “SİMA KYC” məhsulu vasitəsilə mümkündür. Videoqeydiyyat və ya videozəng əsasında eyniləşdirmə isə “SİMA KYC” platformasının eyniadlı həlləri ilə təmin olunur. Bu yanaşma maliyyə institutlarına müştərinin identifikasiyasını müxtəlif ssenarilər üzrə təhlükəsiz və çevik şəkildə təşkil etməyə imkan yaradır.
Ümumilikdə isə məsafədən identifikasiya və autentifikasiya proseslərini ayrı-ayrı resurslar vasitəsilə həyata keçirmək əvəzinə, təkcə SİMA rəqəmsal imzanı tətbiq etməklə də həyata keçirmək mümkündür. Belə ki, “SİMA İmza” biometrik eyniləşdirmə və gücləndirilmiş elektron imza tələblərini vahid platformada birləşdirərək, yeni Qaydanın bütün tələblərini təmin edir. Bu yanaşma bank əməliyyatlarının təhlükəsizliyini artırmaqla yanaşı, xidmətlərin daha sürətli və rahat şəkildə təqdim olunmasına şərait yaradacaq.
“SİMA İmza” haqqında
SİMA Rəqəmsal Həllər Platforması AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Platformaya daxil olan SİMA rəqəmsal imzanı əldə etmək üçün xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib qeydiyyatdan keçmək kifayətdir. Vətəndaşlar üçün elektron imzadan istifadə tam ödənişsizdir.
09:34 / 13 Noyabr 2026
1
09:33 / 13 Noyabr 2026
12
09:31 / 13 Noyabr 2026
11
01:52 / 13 Noyabr 2026
289
01:49 / 13 Noyabr 2026
762
00:49 / 13 Noyabr 2026
151
00:18 / 13 Noyabr 2026
144
00:17 / 13 Noyabr 2026
223
23:53 / 12 Noyabr 2026
1530
23:51 / 12 Noyabr 2026
187
23:40 / 12 Noyabr 2026
265
23:34 / 12 Noyabr 2026
139
23:24 / 12 Noyabr 2026
1060
23:20 / 12 Noyabr 2026
140
23:19 / 12 Noyabr 2026
148
23:18 / 12 Noyabr 2026
146
23:12 / 12 Noyabr 2026
147
23:03 / 12 Noyabr 2026
148
23:02 / 12 Noyabr 2026
292
22:59 / 12 Noyabr 2026
139
22:55 / 12 Noyabr 2026
165
22:49 / 12 Noyabr 2026
230
22:40 / 12 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.