Ev almaq istəyənlərə ŞAD XƏBƏR!
13 Noyabr 2026, 09:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1331
16.03.2026, 22:25
Son dəyişikliklərlə sürücülərin artıq ödənilmiş, düzgün tətbiq edilməmiş və ya səhv ödənilmiş cərimələri geri almaq imkanı yaradılır. Bu mexanizm, qaydalara əməl etməyin daha da önəmli olduğunu göstərərək sürücülərin hərəkət vərdişlərinə müsbət təsir edə bilər. Eyni zamanda, ödənişlərin geri qaytarılması sistemin şəffaflığını artırır və vətəndaş etimadını gücləndirir.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu, cərimələrin geri qaytarılması mexanizmidir və yol hərəkəti, infrastruktura və sürücülərin davranışına birbaşa təsir etməməlidir.
“Burada məqsəd sürücülərin qanunsuz olaraq cərimələnməsi hallarının düzəldilməsidir. Məsələn, məhkəmə tərəfindən sübut olunmamış və ya səhv olaraq tətbiq edilmiş cərimələrin geri qaytarılmasıdan söhbət gedir”.
Ekspert bildirib ki, mexanizm əvvəlki dövrlərlə müqayisədə yüngülləşdirilib.
“Əvvəllər sürücü yol polisi xidmətinə məktub göndərir, oradan təsdiqləmə alınır, bir neçə mərhələdən keçirdin, çox vaxt alırdı. İndi proses daha rahatlaşdırılıb və sürücülərin haqsız yerə bir neçə yerə gedib-gəlməsinin qarşısı alınır. Ümumilikdə bu mexanizm faydalıdır, amma hələ də bir qədər çətinliklər qalır. Sürücü pulunu ödədikdə, geri qaytarılma prosesi də daha rahat və operativ olmalıdır. Bu mexanizmi daha da yüngülləşdirmək mümkündür”
09:38 / 13 Noyabr 2026
1
09:34 / 13 Noyabr 2026
42
09:33 / 13 Noyabr 2026
23
09:31 / 13 Noyabr 2026
28
01:52 / 13 Noyabr 2026
289
01:49 / 13 Noyabr 2026
769
00:49 / 13 Noyabr 2026
152
00:18 / 13 Noyabr 2026
144
00:17 / 13 Noyabr 2026
225
23:53 / 12 Noyabr 2026
1551
23:51 / 12 Noyabr 2026
193
23:40 / 12 Noyabr 2026
267
23:34 / 12 Noyabr 2026
139
23:24 / 12 Noyabr 2026
1062
23:20 / 12 Noyabr 2026
140
23:19 / 12 Noyabr 2026
148
23:18 / 12 Noyabr 2026
146
23:12 / 12 Noyabr 2026
147
23:03 / 12 Noyabr 2026
148
23:02 / 12 Noyabr 2026
292
22:59 / 12 Noyabr 2026
139
22:55 / 12 Noyabr 2026
166
22:49 / 12 Noyabr 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.