Qaynar xətt:

(+99450) 247 90 86

Abşeron rayonunda 38 yaşlı qadın iynə vurulduqdan sonra həyatın itirib

Abşeron rayonunda 38 yaşlı qadın iynə vurulduqdan sonra həyatın itirib

CƏMİYYƏT

158

16.03.2026, 21:19

38 yaşlı qadın iynə vurulduqdan sonra öldü

Oxu24.com "Report"a istinadla xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 1988-ci il təvəllüdlü Xəyalə Əliyeva səhhətində yaranan narahatlıq səbəbindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bildirilib ki, tibb müəssisəsində ona iynə vurulub.

Qadın daha sonra yaşadığı evə qayıtsa da, bir müddət sonra vəziyyəti qəfil pisləşib. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.