Xəzərdə güclü zəlzələ oldu
26 Aprel 2026, 21:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
794
16.03.2026, 21:06
“Tanınmış rus şairi Sergey Yesenin Bakıda bir neçə dəfə olub. İlk dəfə 1920-ci ildəki qısa səfəri Yeseninə Bakını tanıdıb. Daha sonra bir neçə dəfə də şairin bu şəhərə yolu düşüb.
Sonuncu dəfə 1925-ci ilin martında Bakıya gələn şair 2 aydan çox burada qalıb, Mərdəkanda yaşayıb. Burda yaşadığı müddətdə Bakı xatirələrini qeydə alıb. Onun yazısında Bakının kriminal dünyasına da xüsusi yer ayırılıb”.
Oxu24.com xəbər verir ki, bu fikirləri tarixçi alim, dosent Zaur Əliyev sosial şəbəkə hesabında yazıb. Alim Yesenininn qeydlərində adı keçən kriminal aləmin liderlərindən biri Şahnaz bibi haqqında araşdırma aparıb.
O qeyd edib ki, 40 yaşlı bu qadın o dövrün kişi mərkəzli kriminal aləmində inanılmaz bir nüfuz qazanıb:
“Onun həyat yoldaşı həmin dövrün məhşur kriminal şəxslərindən biri Kərim idi. Rus ordusunun əks-kəşfiyyat polkovnikinin pulunu aldadaraq əldə etməsindən sonra 1890-cı ildə onu Xəzər dənizində əlləri bağlanmış, boynuna nəhəng bir daş qoyulmuş halda batırıblar.
Ərinin ölümündən sonra kriminal dəstəyə Şahnaz bibi başçılıq etməyə başlayır. Qeydlərə görə Şahnaz bibi gödəkçəsinin altında ucu kəsilən ov tüfəngi gəzdirirdi. Arxiv qeydlərində onun zahiri görkəmi haqqında da maraqlı qeydlər var. O, adətən qara libasda gəzər, başına bahalı ipək kəlağayı bağlayardı. Barmaqlarında isə iri, qiymətli üzüklər olardı.
Məhərrəmlik ayında insanların dini ibadətinə mane olmaq istəyən, "Skripkaçı" ləqəbli rus kriminal aləmin üzvü Miroslavı məscidin qarşısında yaralamışdı. Miroslav iki metrdən çox boyu olan, 33 yaşlı hündürboylu bir şəxs idi. Ona xəbərdarlıq edilmiş idi ki, bu ayda oğurluq etməsin, buna əməl qoymadığı üçün cəzasını alır.
O, Bakının ən təhlükəli məhəllələrində, xüsusilə "Çəmbərəkənd" və "Qara şəhər" ətrafında qumarxanalar, gizli sığınacaqlar və oğurluq malların satıldığı anbarlara sahib olub. O vaxtlar buralar dar küçələri, labirintə bənzəyən həyətləri ilə hüquq mühafizə orqan işçiləri üçün əsl kabus idi. Bir cinayətkar o məhəllələrə girdisə, onu tapmaq qeyri-mümkün idi.
Sona və Gülpəri kimi tanınan kriminal aləmin xanımları Şahnaz bibinin dəstəsində idi. Qadınlardan ibarət "cibgirlər" dəstəsi toylarda və bazarlarda qadınların zinət əşyalarını oğurlayır və qaçaqmalçılıq ilə məşğul olurdular.
Həmin illərdə Bakıda yaşayan erməni alverçisi Slavik adlı tacir var idi. Bir gün o Şahnaz bibinin əmrinə tabe olmur, onun üzərinə təkbaşına gedərək xəncərlə çiyninə ağır zərbə endirir. Erməni tacir bu əməli törədəndən sonra qaçır, bir daha Bakıya qayıtmır. Bu hadisədən sonra şəhərdə ermənilər deyirdilər:
"Biz Şahnaz bibidən azərbaycanlı kişilərdən daha çox qorxuruq".
Şahnaz bibi şəhərin elitası ilə sıx əlaqədə idi. O dövrün bəzi varlı neft sahibləri öz rəqiblərini qorxutmaq və ya onlardan nəsə tələb etmək üçün rəsmi yollara deyil, Şahnazın xidmətlərinə müraciət edirdilər. O, bir növ vasitəçi rolunu oynayırdı: kiminsə mülkü oğurlanırdısa, polisdən əvvəl Şahnaza xəbər göndərilirdi ki, "haqqını verək, malı geri qaytar".
Əgər iki oğru dəstəsi arasında ərazi və ya qənimət üstündə dava düşürdüsə, Şahnazın yanına gedirdilər. Onun verdiyi qərar qəti idi və buna etiraz edənin cəzası çox ağır olurdu.
Deyilənə görə, bir dəfə çox məşhur bir neft maqnatının evindən nadir bir mücrü oğurlanır.
Polis həftələrlə axtarış aparsa da, heç nə tapmır. Maqnat məcbur qalıb Şahnaz bibiyə xəbər yollayır. Cəmi iki gün sonra mücrü maqnatın qapısının ağzına qoyulur, içindəki qızıllar yerində olur.
Şahnaz bibi tez-tez Bakının dağlıq hissəsində yerləşən Çəmbərəkənd qəbiristanlığındakı qohumlarının məzarını ziyarət edərdi. 1908-ci il sentyabrın 3-də, qəbiristanlıq ziyarətindən dərhal sonra, Şahnaz öz evində vəfat edir”.
Həmçinin oxuyun
22:41 / 26 Aprel 2026
1
22:04 / 26 Aprel 2026
55
21:41 / 26 Aprel 2026
73
21:19 / 26 Aprel 2026
62
20:31 / 26 Aprel 2026
89
19:47 / 26 Aprel 2026
101
19:09 / 26 Aprel 2026
100
19:05 / 26 Aprel 2026
698
18:54 / 26 Aprel 2026
1489
18:49 / 26 Aprel 2026
75
18:48 / 26 Aprel 2026
113
18:11 / 26 Aprel 2026
95
17:49 / 26 Aprel 2026
104
17:34 / 26 Aprel 2026
16
17:32 / 26 Aprel 2026
165
17:18 / 26 Aprel 2026
88
17:08 / 26 Aprel 2026
86
16:57 / 26 Aprel 2026
80
16:40 / 26 Aprel 2026
249
16:38 / 26 Aprel 2026
291
16:19 / 26 Aprel 2026
92
16:04 / 26 Aprel 2026
273
15:41 / 26 Aprel 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.