Qaynar xətt:

(+99450) 247 90 86

İtkin düşən 88 yaşlı kişi AXTARILIR 

İtkin düşən 88 yaşlı kişi AXTARILIR 

CƏMİYYƏT

244

09.03.2026, 19:03

Nərimanov rayonu ərazisində altsheymer xəstəliyindən əziyyət çəkən 88 yaşlı Nizam Ədilov martın 8-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin (012) 566-02-15 və (012) 567-02-02 şəhər nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.