Qaynar xətt:

(+99450) 247 90 86

Qəbələdə ağır qəza: sürücü hadisə yerində həyatın itirdi

Qəbələdə ağır qəza: sürücü hadisə yerində həyatın itirdi

CƏMİYYƏT

73

25.02.2026, 21:28

Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, bu gün saat 18 radələrində Qəbələ rayonunun Məmmədağalı kəndi ərazisində “Ford” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 24 yaşlı Nuran Muradasılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.Axar.az