Hərbi Prokurorluğun qarşısında maşın yandı-Foto
06 Aprel 2026, 00:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
515
23.02.2026, 17:03
Azərbaycanda ötən il bir işçiyə düşən orta aylıq işlənmiş iş saatı 149,5 saat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 0,6 saat artıb.
Ən çox işləyənlər ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışanlardır – onlar ayda orta hesabla 156,1 saat işləyiblər. Ən az işləyənlər isə təhsil sahəsində çalışanlardır və onların aylıq iş saatı orta hesabla 141,4 saat olub.
Oxu24.com-danışan iqtisadçı Asif İbrahimov bildirib ki, Azərbaycanda bir işçiyə düşən orta aylıq iş saatının artması və bəzi sahələr üzrə daha yüksək göstəricilərin qeydə alınması ölkənin əmək bazarında struktur xüsusiyyətləri və iqtisadi fəallığın istiqamətləri ilə birbaşa bağlıdır.
“Yəni, xüsusilə ticarət və nəqliyyat vasitələrinin təmiri sektorunda çalışanların daha uzun müddət işləməsi bu sahələrin fasiləsiz xidmət xarakteri ilə əlaqədardır.
Bu sektorlar birbaşa istehlak bazarına xidmət etdiyinə görə burada fəaliyyət demək olar ki, günün bütün saatlarını əhatə edir. Xüsusilə xidmət, pərakəndə satış və texniki servis sahələrində iş vaxtının daha uzun olması iqtisadi dövriyyənin intensivliyi və sahibkarların artan tələbi qarşılamaq istəyi ilə bağlıdır”.
Ekspertin sözlərinə görə iş saatlarının artması müəyyən hallarda əməkhaqqı fondunun nominal olaraq artmasına səbəb olsa da, bu artımın real gəlirlərə təsiri birmənalı deyil:
Həmçinin oxuyun
“Əgər əməkhaqqındakı artım yalnız işlənmiş saatların çoxalması hesabına baş verirsə, bu zaman saatlıq məhsuldarlıq və saatlıq gəlir ciddi şəkildə dəyişmir. Real gəlirlərin artması üçün əsas şərt əmək məhsuldarlığının yüksəlməsi və iş vaxtının deyil, əməyin dəyərinin artmasıdır.
Regionlar üzrə müqayisə göstərir ki, iş saatlarının daha yüksək olduğu əsas ərazi iqtisadi fəallığın cəmləşdiyi Bakı şəhəridir. Paytaxtda xidmət, logistika və ticarət sektorunun geniş yayılması iş vaxtının orta göstəricisini yüksəldir. Bölgələrdə isə dövlət sektoru və kənd təsərrüfatının payı yüksək olduğuna görə iş saatları daha stabil və nisbətən aşağı səviyyədə qalır.
Ümumilikdə isə bu tendensiya onu göstərir ki, Azərbaycanda iqtisadi aktivlik əsasən xidmət sektorunda formalaşır və əmək bazarında artım hələlik daha çox intensiv amillər – yəni daha çox işlənmiş vaxt hesabına baş verir. Qarşımızda duran əsas məqsəd iş saatlarının artırılması deyil, əmək məhsuldarlığının və yüksək əlavə dəyər yaradan məşğulluğun genişləndirilməsi olmalıdır”,-deyə ekspert qeyd edib.
Çimnaz Telmanqızı
00:48 / 06 Aprel 2026
29
00:19 / 06 Aprel 2026
171
00:05 / 06 Aprel 2026
319
00:03 / 06 Aprel 2026
321
23:42 / 05 Aprel 2026
96
23:39 / 05 Aprel 2026
76
23:14 / 05 Aprel 2026
71
23:02 / 05 Aprel 2026
68
22:52 / 05 Aprel 2026
75
22:49 / 05 Aprel 2026
78
22:17 / 05 Aprel 2026
181
22:13 / 05 Aprel 2026
318
22:12 / 05 Aprel 2026
224
21:53 / 05 Aprel 2026
80
21:39 / 05 Aprel 2026
116
21:16 / 05 Aprel 2026
76
20:51 / 05 Aprel 2026
100
20:29 / 05 Aprel 2026
208
20:13 / 05 Aprel 2026
89
19:50 / 05 Aprel 2026
96
19:38 / 05 Aprel 2026
113
19:15 / 05 Aprel 2026
128
18:49 / 05 Aprel 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.