Azərbaycan elminə ağır itki
26 İyul 2026, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
736
20.02.2026, 15:49
Qarşıdan gələn 17 günlük qeyri-iş günləri dövrü işçilərin hüquqları və əməkhaqqının hesablanması məsələsini gündəmə gətirib. Bu müddətdə işə cəlb olunan əməkdaşların ödənişi və ikiqat əmək haqqı prinsipi cəmiyyətin diqqət mərkəzindədir. Eyni zamanda əlavə istirahət günlərinin verilməsi mexanizmləri də qanunvericiliklə tənzimlənir.
Oxu24.com xəbər verir ki, iqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın yeni dəyişiklik edilmiş Əmək Məcəlləsi həm daxildə, həm də dünyada əmək münasibətlərini tənzimləyən sənədlər arasında ən çox dəyişikliklərə məruz qalan sənədlərdəndir.
O qeyd edib ki, yeni Məcəllədə beynəlxalq sosial məsuliyyət standartları, müasir trendlər və digər vacib məsələlər nəzərə alınıb:
“Qeyri-iş günlərində işləyən işçilərin əmək ödənişi bir günlük iş üçün ikiqat nəzərdə tutulur. Bu ödəniş istirahət, bayram və matəm günləri üçün minimum səviyyədir. İşçi istəsə, başqa gün əlavə istirahət günü götürə bilər. Xüsusilə xidmət sahələrində vətəndaşlara fasiləsiz xidmət təmin edilməlidir və həmin əməkdaşların ödənişi də ikiqat həyata keçirilir. İşə cəlb olunan personalın razılığı mütləq alınmalı, sonra müvafiq rəsmiləşdirmə işləri aparılmalıdır".
Əgər bayram günü işə çağırılırsınızsa, həmin günün pulu sizə adi gündəkindən iki dəfə çox ödənilməlidir. Məsələn, gündəlik qazancınız 30 manatdırsa, bayramda işlədiyiniz hər gün üçün 60 manat almalısınız. Əgər əlavə ödəniş istəmirsinizsə, bunun əvəzinə rəhbərlikdən başqa bir iş günündə istirahət tələb edə bilərsiniz.
Həmçinin işəgötürən sizi məcburi şəkildə işlədə bilməz. Bunun üçün mütləq sizin razılığınız olmalı və rəsmi əmr verilməlidir. Bu qaydalar işçilərin həm əməkhaqqının düzgün hesablanmasını təmin edir, həm də onların hüquqlarının qorunmasına xidmət edir. Uzunmüddətli tətil dövründə xidmət və istehsalat sahələrində çalışanların bu hüquqlarını bilməsi vacibdir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Novruz və Ramazan bayramlarının üst-üstə düşməsi, həmçinin istirahət günlərinin yerdəyişməsi nəticəsində martın 20-dən 30-na qədər ardıcıl 11 gün iş olmayacaq. Bundan əlavə, 8 Mart Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyi üçün 9 mart tarixi də istirahət günü hesab ediləcək. Beləliklə, vətəndaşlar mart ayında bayramlar və şənbə-bazar günləri də daxil olmaqla ümumilikdə 17 gün istirahət edəcəklər.
23:26 / 26 İyul 2026
42
22:47 / 26 İyul 2026
63
22:27 / 26 İyul 2026
63
22:06 / 26 İyul 2026
72
20:35 / 26 İyul 2026
72
20:15 / 26 İyul 2026
88
19:42 / 26 İyul 2026
79
19:09 / 26 İyul 2026
86
19:09 / 26 İyul 2026
92
18:54 / 26 İyul 2026
115
18:53 / 26 İyul 2026
121
18:05 / 26 İyul 2026
112
13:40 / 26 İyul 2026
156
13:25 / 26 İyul 2026
145
12:55 / 26 İyul 2026
223
12:35 / 26 İyul 2026
171
12:30 / 26 İyul 2026
327
12:23 / 26 İyul 2026
1199
12:15 / 26 İyul 2026
152
12:00 / 26 İyul 2026
120
11:35 / 26 İyul 2026
833
11:30 / 26 İyul 2026
160
11:21 / 26 İyul 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.