EM yuxusu nədir?
13 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
829
19.02.2026, 18:36
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, aparatın şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, eləcə də AR Mədəniyyət Nazirliyinin və Bakı Yunus Əmrə İnstitutunun nümayəndələri iştirak ediblər.
Bununla belə, akademik Ramiz Mehdiyevin AMEA-dan xaric olunması ilə bağlı məsələ Rəyasət Heyətinin gündəliyinə daxil edilməyib və iclasda müzakirə olunmayıb.
Qeyd edək ki, AMEA-nın mətbuat xidməti fevralın 13-də R.Mehdiyevin akademiyadan çıxarılacağı ilə bağlı məlumat yayıb.
Oxu24.com xəbər verir ki Əməkdar jurnalist, professor Qulu Məhərrəmli Musavat.com-a açıqlamasında bildirib ki, şəxsi akademik adından məhrum etməyin prosedurları var və ona əməl edilməlidir: “Bizim reallıq bir az fərqlidir. Biz əvvəlki təcrübədə görmüşük ki, cinayətdə ittiham olunan adamları akademik adından məhrum edirlər. Ramiz Mehdiyevin şəxsi, əməlləri və çevrəsində baş verən hadisələrlə bağlı çoxlu müəmmalar var. Bunlardan biri də onun hələ də akademik adının qalmasıdır. Onu da qeyd edim ki, o, AMEA-nın müxbir üzvü olmadan birbaşa akademik adını alıb. Lakin heç kim onun xüsusi elmi uğurlarını görməyib. Bu da ayrı bir mövzudur. Azərbaycanda elm elə günə qalıb ki, yaxşı ilə pis seçilmir. Ramiz Mehdiyevin layiq olmadığı akademik adından məhrum edilməsi onun sadalanan cinayətləri müqabilində başının sığallanması kimi bir şeydir. Barəsində çoxlu ittihamlar var. Məsələnin məğzi bundan ibarətdir ki, onun bu ittihamlarla hələ də akademik kimi qalması qəbul edilən deyil.
Əsas məsələ bu adamın və onun əlaltılarının Azərbaycan xalqına, dövlətə qarşı törətdiyi cinayətlərin üstünü ardıcıl şəkildə açıb göstərmək, sistemli ifşa etməkdir",-deyə professor bildirib.
23:58 / 13 Noyabr 2026
4
23:49 / 13 Noyabr 2026
27
23:40 / 13 Noyabr 2026
49
23:28 / 13 Noyabr 2026
56
23:22 / 13 Noyabr 2026
67
23:17 / 13 Noyabr 2026
68
23:09 / 13 Noyabr 2026
75
23:05 / 13 Noyabr 2026
71
23:02 / 13 Noyabr 2026
75
22:53 / 13 Noyabr 2026
86
22:49 / 13 Noyabr 2026
83
22:41 / 13 Noyabr 2026
84
22:36 / 13 Noyabr 2026
98
22:18 / 13 Noyabr 2026
93
22:13 / 13 Noyabr 2026
92
22:03 / 13 Noyabr 2026
521
21:43 / 13 Noyabr 2026
890
21:36 / 13 Noyabr 2026
99
21:29 / 13 Noyabr 2026
128
21:24 / 13 Noyabr 2026
244
21:03 / 13 Noyabr 2026
110
20:58 / 13 Noyabr 2026
123
20:50 / 13 Noyabr 2026
1185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.