Azərbaycan elminə ağır itki
26 İyul 2026, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1870
19.02.2026, 15:33
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmrləri ilə nazirlik sistemində yeni kadr təyinatları həyata keçirilib.
Oxu24.com Bakupost.az-a istinadla xəbər verir ki, İlkin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İqtisadiyyat şöbəsinin müdiri, Elnur Əliyev və Arif Ataxanlı DOST Agentliyinin sədrinin müavinləri, Əlişah Kövsərov Sosial Xidmətlər Agentliyinin sədrinin müavini, Elşən Mahmudov Dövlət Məşğulluq Agentliyinin sədrinin müavini təyin ediliblər.
İlkin Məmmədov 1988-ci ildə doğulub. Sumqayıt Dövlət Universitetində iqtisadçı-menecer ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. Hazırda təhsilini İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda "Daxili fiskal siyasət və dövlət maliyyəsi" ixtisası üzrə fəlsəfə doktoru proqramında davam etdirir. Ötən dövrdə özəl sektorda, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində, 2021-ci ildən DOST Agentliyində müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər Agentliyin sədrinin müavini vəzifəsində çalışıb.
Elnur Əliyev 1979-cu ildə doğulub. Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Ötən dövrdə özəl sektorda, vergi sahəsində, 2018-ci ildən Dövlət Məşğulluq Agentliyində müxtəlif vəzifələrdə, hazırkı vəzifəsinə qədər Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialının müdiri vəzifəsində çalışıb.
Arif Ataxanlı 1990-cı ildə doğulub. Sumqayıt Dövlət Universitetinin ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr pilləsini bitirib. Ötən dövrdə özəl sektorda, Dövlət Sərhəd Xidmətində, 2021-ci ildən DOST Agentliyində müxtəlif vəzifələrdə, hazırkı vəzifəsinə qədər DOST Agentliyində departament müdiri vəzifəsində çalışıb.
Əlişah Kövsərov 1975-ci ildə doğulub. Bakı Avrasiya Universitetində ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb. Ötən dövrdə Nazirlik sistemində müxtəlif vəzifələrdə, hazırkı vəzifəsinə qədər Sosial Xidmətlər Agentliyində departament müdiri vəzifəsində çalışıb.
Elşən Mahmudov 1979-cu ildə doğulub. Azərbaycan Texniki Universitetində mühəndis iqtisadiyyatı ixtisası üzrə bakalavr, mühəndis biznesi və menecment ixtisası üzrə magistr təhsili alıb. Ötən dövrdə rabitə sahəsində, Teleradio İstehsalat Birliyində, İqtisadiyyat Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda (DSMF) müxtəlif vəzifələrdə, hazırkı vəzifəsinə qədər DSMF sədrinin müşaviri vəzifəsində çalışıb.
23:26 / 26 İyul 2026
70
22:47 / 26 İyul 2026
70
22:27 / 26 İyul 2026
75
22:06 / 26 İyul 2026
81
20:35 / 26 İyul 2026
86
20:15 / 26 İyul 2026
100
19:42 / 26 İyul 2026
84
19:09 / 26 İyul 2026
88
19:09 / 26 İyul 2026
97
18:54 / 26 İyul 2026
128
18:53 / 26 İyul 2026
132
18:05 / 26 İyul 2026
115
13:40 / 26 İyul 2026
159
13:25 / 26 İyul 2026
148
12:55 / 26 İyul 2026
227
12:35 / 26 İyul 2026
175
12:30 / 26 İyul 2026
330
12:23 / 26 İyul 2026
1221
12:15 / 26 İyul 2026
155
12:00 / 26 İyul 2026
125
11:35 / 26 İyul 2026
842
11:30 / 26 İyul 2026
162
11:21 / 26 İyul 2026
221
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.