Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
02 Oktyabr 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
939
19.02.2026, 15:00
Hazırda ölkədə şəhid ailələrinin metrodan odənişsiz istifadəsi ilə bağlı məlumat yayılsa da, Bakı metropoliteni QSC bu xəbəri təkzib edib. Rəsmi açıqlamaya görə, metrodan ancaq müəyyən olunmuş şəxslər ödənişsiz istifadə edir.
Məlumata görə, həmin qanunvericilik aktları və metrodan ödənişsiz istifadə edə bilən sərnişin kateqoriyaları bunlardır:
Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları - “Polis haqqında” qanunun 38-ci maddəsinin IV hissəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları ölkə ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər;
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli 36 nömrəli qanunun 6-cı maddəsinə görə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər. 3 oktyabr 1997-ci il tarixli, 377-IQ nömrəli qanunla təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin 4-cü bəndinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli qanunun 28.2-ci maddəsinə görə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər.
7 yaşına qədər uşaqlar - Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı Metropolitenindən İstifadə Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən sərnişinlər 7 yaşınadək uşaqlara görə gediş haqqı ödəməmək hüququna malikdirlər;
Rəsmi açıqlamadan da göründüyü kimi,metrodan pulsuz istifadə edən şəxslərin siyahısında şəhid ailələri yer almayıb.
Məlumdur ki,Azərbaycanda şəhid ailələrinə,müharibə iştirakçılarına böyük dövlət qayğısı var.Buna misal olaraq,həmin kateqoriyadan olan ailələrə dövlət tərəfindən pulsuz mənzillərin verilməsi,birdəfəlik ödənişlər,aylıq təqaüdlər və s.imtiyazları göstərmək olar.Belə bir böyük miqyaslı işlərin sırasında şəhid ailələrinin metrodan ödənişsiz istifadəsi də əlavə oluna bilərmi?
Oxu24.com-un məsələ ilə bağlı sualını iqtisadçı ekspert Əkrəm Həsənov cavablandırıb.
Ekspert bildirib ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 17 iyul 2014-cü il tarixdən müstəqil hüquqi şəxsdir.
"Nəzərə almalıyıq ki, məntiqlə onun gəlirləri xərclərini bağlamalıdır.Bu baxımdan tətbiq edilən istənilən güzəşt təbii ki, onun gəlirlərini azaldır.Əgər metropolitenin gəlirləri xərclərindən çoxdursa, bu zaman o dividend kimi dövlət büdcəsinə ödənilir. Bu halda gəlir büdcəyə gedir.
Mən bildiyim qədər, metropoliten heç vaxt dividend vermir, onun gəlirləri heç vaxt xərcindən çox olmur. Bildiyim qədəri ilə əlavə də həmişə dövlətdən vəsait alır. Yəni, burda da eyni məsələdir: kiməsə əlavə güzəştlər tətbiq olunacaqsa, gəlirlər daha da azalacaq. Bu zaman dövlət metropolitenə əlavə vəsait ayırmalıdır.Əlbəttəki, bu dövlət büdcəsi üçün əlavə bir yükdür. Bilirik ki, büdcədə elə də çox vəsait yoxdur, çünki ciddi qənaət rejiminə keçilib”-deyə ekspert vurğulayıb.
Əntiqə Rəşid
02:00 / 02 Oktyabr 2026
43
00:03 / 02 Oktyabr 2026
77
23:54 / 01 Oktyabr 2026
69
23:41 / 01 Oktyabr 2026
76
23:12 / 01 Oktyabr 2026
81
23:00 / 01 Oktyabr 2026
94
22:53 / 01 Oktyabr 2026
81
22:52 / 01 Oktyabr 2026
80
22:50 / 01 Oktyabr 2026
147
22:42 / 01 Oktyabr 2026
70
22:31 / 01 Oktyabr 2026
82
22:24 / 01 Oktyabr 2026
117
22:18 / 01 Oktyabr 2026
202
22:07 / 01 Oktyabr 2026
87
21:42 / 01 Oktyabr 2026
82
21:41 / 01 Oktyabr 2026
101
21:31 / 01 Oktyabr 2026
83
21:29 / 01 Oktyabr 2026
95
21:26 / 01 Oktyabr 2026
208
21:25 / 01 Oktyabr 2026
73
21:19 / 01 Oktyabr 2026
79
21:15 / 01 Oktyabr 2026
78
21:08 / 01 Oktyabr 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.