EM yuxusu nədir?
13 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
965
19.02.2026, 14:01
Bu gün Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun 75 yaşı tamam olub.
Oxu24.com xəbər verir ki,Ramiz Məhəmmədəli oğlu Zeynalov 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub.
1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirib.
Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlayıb. 1974–1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirib.
1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, DİN Xüsusi İnspeksiyasının rəisi işləyib.
1994-cü il 2 avqustdan – yəni artıq 32-ci ildir ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.
30 iyun 2003-cü ildə “polis general-mayoru” rütbəsi alıb, 1995-ci ildə "İgidliyə görə" medalı, 2006-cı ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilib.
YeniSabah
23:58 / 13 Noyabr 2026
4
23:49 / 13 Noyabr 2026
27
23:40 / 13 Noyabr 2026
49
23:28 / 13 Noyabr 2026
56
23:22 / 13 Noyabr 2026
67
23:17 / 13 Noyabr 2026
68
23:09 / 13 Noyabr 2026
75
23:05 / 13 Noyabr 2026
71
23:02 / 13 Noyabr 2026
75
22:53 / 13 Noyabr 2026
86
22:49 / 13 Noyabr 2026
83
22:41 / 13 Noyabr 2026
84
22:36 / 13 Noyabr 2026
98
22:18 / 13 Noyabr 2026
93
22:13 / 13 Noyabr 2026
92
22:03 / 13 Noyabr 2026
521
21:43 / 13 Noyabr 2026
890
21:36 / 13 Noyabr 2026
99
21:29 / 13 Noyabr 2026
128
21:24 / 13 Noyabr 2026
244
21:03 / 13 Noyabr 2026
110
20:58 / 13 Noyabr 2026
123
20:50 / 13 Noyabr 2026
1185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.