Qaynar xətt:

(+99450) 247 90 86

On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI

On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI

CƏMİYYƏT

716

18.02.2026, 19:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Göygöldə 10 şagirdin zəhərləndiyi məktəbin bufeti bağlanıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.

Qeyd olunub ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən rayonun Aşıqlı kənd məktəbinin daxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlama keçirilib.

"Satılan məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb. Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb", - deyə məlumatda vurğulanıb. (Oxu.Az)