Qaynar xətt:

(+99450) 247 90 86

Bu rayonda iki saat işıq olmayacaq

Bu rayonda iki saat işıq olmayacaq

CƏMİYYƏT

802

18.02.2026, 09:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Masallı Elektrik Şəbəkəsi ərazisində 110/35/10 kV-luq "Masallı" yarımstansiyasından çıxan 10 kV-luq 1 və 3 saylı hava xətlərində təmir işləri aparılacaq.

Oxu24.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 12:00-dan 14:00-dək şəhər ərazisində Heydər Əliyev prospekti, Məhəmməd Füzuli, Elşad Hüseynov küçələri, həmçinin rayonun Ərkivan qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.