Məşhur hotel sökülür?
11 May 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
871
16.02.2026, 19:13
Bu gün növbəti dəfə bir tarixi hadisənin şahidi oluruq. Növbəti köç karvanları Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə çatıb. Məlumatlarda deyilir ki, bu mərhələdə Hadruta 10 (47 nəfər), Qırmızı Bazara isə 20 ailənin (91 nəfər) qayıdışı təmin olunub.
Vətən müharibəsində könüllü döyüşən, rəşadət göstərən, 2020-ci ilin oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan bayrağını sancan zaman şəhid olan baş leytenant Səid Rəşidzadənin atası keçirdiyi hissləri Oxu24.com -la bölüşüb.
Prezidentin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunan Şəhidin atası Nofəl Qasımov bildirib ki, Hadruta köçürülənlər qədər sevinir:” Qarabağın hər hansı kəndinə , şəhərinə qayıdış baş tutduqca sevincimin həddi hüdudu olmur. Camaatımız yerinə-yurduna qayıdır. Sınıq, kədərli “köçkün” adı üstümüzdən götürülür. Allah şəhidlərimizin mkanını behişt etsin daima! Onların sayəsində bu günləri yaşayırıq. Vallah bəzən biri deyəndəki, Şuşaya getmişdim, yaxud Xankəndidən gəlirəm, bir anlaq az qalıram qol götürüb oynayam ki, yəni doğrudanmı , xəyalını belə qura bilmədiyimiz günləri artıq yaşayırıq?
Amma, düzünü deyim, artıq bir neçə dəfədir ki, Hadruta köç getrüməsini eşidəndə həm sevinirəm, həm də göz yaşlarımı saxlaya bilmirəm. Mənim oğlumun qanı Hadruta səpələnib. (Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında yerləşən strateji əhəmiyyətli ərazi olan Şişqaya yüksəkliyində)
Ora elə Səidin doğulduğu Horadiz qədər mənə əzizdir. Hiss edirəm ki, Səidin ruhu göyə qaldırdığı o bayrağın ətrafında gəzir, o bayrağı qoruyur. Bütün ürəyimlə onu da hiss edirəm ki, köç maşınları Hadruta daxil olanda, insanların sevincli səsi, qayğısız gülüşü məhlələrdən, küçələrdən göylərə qalxanda Səidin ruhu necə şad olur. Ona görə kövrəlirəm, həm də olduqca sevinirəm, axı mənim oğlum da sevinir.
Düzdür, yüzlərlə Allahverdi Bağırovlar şəhid oldu ki, o qayğısız sevinc dolu səslər gülüşlər Ağdamdan eşidirlsin, Əliyar Əliyev kimi yüzlərlə oğullar Qubadlını, Pəlivan Fərzəliyev kimi yüzlərlə igid Füzuli, Rizvan Teymurov kimi yüzlərlə igid Şuşa və minlərlə Azərbaycan oğulları bu gün üçün canını “uff” demədən qurban verdi. Bu igidlərin ruhunun hər zaman şad olmasını istəyən hər kəs o torpaqların qədrini biləcək, o torpağı sevəcəklər. Lap mənim qədər...” – deyə şəhid atası Nofəl Qasımov telefonun o başında xeyli susdu və yəqin ki, ya qəhərdən, və ya sevincdən fikrini tamamlamadı.
Xatırladaq ki, sentyabrda Hadrut qəsəbəsinə ilk köç zamanı 10 ailə 41 nəfər, noyabrda 17 ailə (63 nəfər), dekabrda 26 nəfərdən ibarət 6 ailəyə köçürülüb. Bu gün isə Hadruta 10 (47 nəfər) artıq çatıb.
Əntiqə Rəşid
00:40 / 11 May 2026
21
00:29 / 11 May 2026
111
00:17 / 11 May 2026
146
23:54 / 10 May 2026
155
23:46 / 10 May 2026
127
22:48 / 10 May 2026
57
22:27 / 10 May 2026
59
22:27 / 10 May 2026
63
22:12 / 10 May 2026
69
21:24 / 10 May 2026
297
21:21 / 10 May 2026
66
21:17 / 10 May 2026
70
21:09 / 10 May 2026
69
21:01 / 10 May 2026
162
20:36 / 10 May 2026
68
20:00 / 10 May 2026
77
19:36 / 10 May 2026
77
18:54 / 10 May 2026
337
18:31 / 10 May 2026
89
17:59 / 10 May 2026
176
17:51 / 10 May 2026
92
17:49 / 10 May 2026
180
17:37 / 10 May 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.