Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
02 Oktyabr 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
783
16.02.2026, 17:49
Şəriətə görə ölünü üzü qibləyə, iyi-qoxusu bayıra çıxmayacaq dərəcədə dərinliyə dəfn etmək lazımdır.
Lakin burada Qiyamət gününün dirilişinə aid olan bir məsələ vardır ki, islam aləminin müxtəlif məmləkətlərində, hətta ölkəmizin bəzi bölgələrində qadının qəbri boğazına qədər, kişinin qəbri qurşağına qədər qazılır.
Hətta keçmiş zamanda bu ölçünü qamışla edərmişlər. Həm kəfən parçasını, həm də qəbrin boyunu müəyyən etmək üçün. Hətta bölgələrimizdə bir qarğış növü də var: “Boyuna qəmiş ölçüm” deyə. Bu dərinlik fərqini indi müxtəlif cür izah etməyə çalışırlar.
Bəziləri tibbi cəhətdən, bəziləri dəfn zamanı qadının görünməsinin naməhrəm olduğunu əsas gətirirlər.
Bəs niyə qadınlar daha dərin basdırılır?
Oxu24.com məsələ ilə bağlı NOCOMMENT.az-a fikir bildirən ilahiyyatçı Elvüsal Məmmədov deyib ki, ümumiyyətlə, qadınların kişilərlə müqayisədə daha dərin, yaxud kişilərin daha dayaz bastırılması kimi anlayış ənənədə mövcud olsa da, şəriət bunu əmr etmir:
“Lakin tarixi baxımdan bu cür hallara rast gəlinib və bunun bir neçə səbəbi var. Əvvəla, qadın cəsədlərinin qorunmasına xüsusi diqqət yetirilib. Bu, İslam dinində və ümumən Şərqdə qadın bədəninin məhrəm sayılması ilə əlaqədardır. Şəriət baxımından, qəbir hər hansı səbəbdən (məsələn, təbii fəlakət, heyvanların qazması) açılarsa, qadın bədəninin görünməməsi məqsədəuyğun hesab olunub. Bu səbəbdən qadınların daha dərinə bastırılması adət halını alıb. Digər səbəb isə qadınların tez-tez öz zinət əşyaları ilə birlikdə dəfn olunmasıdır. Bu əşyaların oğurluq və ya dağıntı riski ilə üzləşməməsi üçün qəbirin daha dərinə qazılması düşünülüb”.
“Lakin müasir dövrdə bu cür tədbirlərə ehtiyac qalmayıb. Çünki xüsusilə şəhərlərdə qəbirlərin içərisi adətən “lüft” deyilən xüsusi yerlərlə, ağır daşlarla örtülür, bəzən isə beton plitələrlə möhkəmləndirilir.
Bu da qadın cəsədinin aşkara çıxması riskini minimuma endirir”, – ilahiyyatçı vurğulayıb.
02:00 / 02 Oktyabr 2026
56
00:03 / 02 Oktyabr 2026
83
23:54 / 01 Oktyabr 2026
75
23:41 / 01 Oktyabr 2026
82
23:12 / 01 Oktyabr 2026
87
23:00 / 01 Oktyabr 2026
96
22:53 / 01 Oktyabr 2026
83
22:52 / 01 Oktyabr 2026
84
22:50 / 01 Oktyabr 2026
150
22:42 / 01 Oktyabr 2026
73
22:31 / 01 Oktyabr 2026
83
22:24 / 01 Oktyabr 2026
119
22:18 / 01 Oktyabr 2026
210
22:07 / 01 Oktyabr 2026
89
21:42 / 01 Oktyabr 2026
85
21:41 / 01 Oktyabr 2026
102
21:31 / 01 Oktyabr 2026
84
21:29 / 01 Oktyabr 2026
97
21:26 / 01 Oktyabr 2026
218
21:25 / 01 Oktyabr 2026
76
21:19 / 01 Oktyabr 2026
81
21:15 / 01 Oktyabr 2026
79
21:08 / 01 Oktyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.