"Belə sənədlər etibarlı deyil" — Ev almaq istəyənlərin nəzərinə
18 Aprel 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
943
16.02.2026, 13:29
Ermənistanda film prodüseri Viktor Soqomonyanın "Varşava 21" teleseriali "Böyük Ölkənin Qəhrəmanları" film festivalında "Ən Yaxşı Ssenari və Ən Yaxşı İdeya" nominasiyalarında qalib kimi tanınıb. 29 apreldə “Varşava”nın davamı olan “Berlin 23” “Okko” platformasında yayımlanacaq.
Bizim teleməkanları bəzəyən seriallarımızın neçəsi Biləcəridən o yana keçib ?
Oxu24.com - un suallarını Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, “Cinema Radio” kanalının rəhbəri Kamran Qasımov cavablandırıb.
Həmçinin oxuyun
O, bildirib ki, serial özü bir sənətdir:”Vaxt vardı Brazilya serialları efir məkanlarını zəbt eləmişdi, indi də , gördüyünüz kimi, artıq dünya efirlərini türk serialları tutub. Şimali Amerikanın serialları da öz regionunda populyardır.
O ki, qaldı bizim serialların xaricdə tanınmasına, bax, görürsünüz ki, tematika burda mühüm rol oynayır: Mövzu nədir, nə olmalıdır?Biz mövzuya birinci baxmalıyıq”.
Tanınmış prodüsser bildirib ki, hazırda bizim efir məkanında da teleseriallar var:” Təbii ki, bizim seriallarımız da var:”Yəni , gündəlik seriallar var ki, onlar gündəlik məişət mövzularını əhatə edir. Amma təbii ki, bu serialda mövzu məhduliyyəti yoxdur, bu tarixi də ola bilər, vətənpərvərlik mövzusunda da ola bilər, sevgi xətti də ola bilər. Sadəcə olaraq bu artıq serial komandasının baş prodüsserin qarşısına qoyduğu məqsəd və vəzifələrdən irəli gəlir.Biz bu serialı hara çıxarırıq? Öz ölkəmizə, yoxsa, ölkəmizin hüdudlarından kənara?Bunu serialı çəkməmişdən əvvəl düşünmək, buna uyğun serial çəkmək lazımdır.
Əlbəttə, dünyada bədi filmlər kimi, serialların da öz festivalları, yarışmaları var və Azərbaycan da çalışmalıdır ki, artıq burda iştirak etsin.Amma, bilirsiz burda bir məsələ var: sosial sifariş” .
K. Qasımov qeyd edib ki, tarixi hadisələri , tarixi dövrləri əhatə edən filmlər , seriallar çəkilməlidir:” Məsələn, biz bu gün vətən müharibəsi haqqında bədii serial çəkə bilərik. Məlumdur ki, dünya artıq bizim qalib olduğunuzu sübut edir. Amma çox vaxt dünya bizə qarşı qərəzli olduğunu da göstərir. Bütün qərəz, maneə, əngəllərə baxmayaraq, düşünürəm ki, vətən müharibəsini çəkməliyik, bu haqda serialımız olmalıdır. Lap Türkmənçay müqaviləsinə aid, bu müqaviləyə qədər olan tarixi dövrlər də çəkilməlidir. Şərt o deyil ki, orda mütləq tarix olsun. Biz tarixdən çox, həmin dövrdəki insan talelərindən film çəkməliyik. Sadəcə olaraq insan taleləri tarixi hadisələrin çatdırılması baxımından lokomotiv olmalıdır. Yəni, tarixi hadisələrin daşıyıcısı olmalıdır.
Serialın industriyası bu gün bizim üçün vacibdir. Amma sosial sifariş də olmalıdır. Sosial sifariş yoxdursa, serialdan danışmağa dəyməz. Belə deyək, əgər bu gün Azərbaycan efirindəki seriallar davamlıdırsa, demək, onlar sosial sifarişi yerinə yetirir , tamaşaçıda tələbat məhz belə seriallarıdır. Sosial sifarişlər məhz serialın inkişaf etdirilməsi, serial sənayesinin gücləndirilməsi baxımından vacibdir.
Bizim gündəlik tamaşaçının baxdığı ailə- məişət mövzuları tamaşaçı üçün vacib mövzulardır, həm də onların kommersiya marketinq tərəfi var. Əvvəla tamaşaçını ekranda saxlayır , həm də onun baxımlılıq səviyyəsini təmin edir. Bir sözlə , sosial sifarişlər vətənpərvərli, qəhrəmanlıq kimi seriallara gəlib çatmayıb ” – deyə Kamran Qasımov vurğulayıb.
Əntiqə Rəşid
00:36 / 19 Aprel 2026
42
23:59 / 18 Aprel 2026
144
23:34 / 18 Aprel 2026
113
23:30 / 18 Aprel 2026
137
23:08 / 18 Aprel 2026
128
22:59 / 18 Aprel 2026
253
22:25 / 18 Aprel 2026
256
22:14 / 18 Aprel 2026
108
21:53 / 18 Aprel 2026
257
21:38 / 18 Aprel 2026
234
21:15 / 18 Aprel 2026
81
20:52 / 18 Aprel 2026
94
20:39 / 18 Aprel 2026
83
20:28 / 18 Aprel 2026
66
19:59 / 18 Aprel 2026
146
19:38 / 18 Aprel 2026
175
19:26 / 18 Aprel 2026
306
19:16 / 18 Aprel 2026
1035
18:59 / 18 Aprel 2026
163
18:49 / 18 Aprel 2026
75
18:36 / 18 Aprel 2026
96
18:25 / 18 Aprel 2026
104
18:16 / 18 Aprel 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.