Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
27 İyul 2026, 20:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
945
16.02.2026, 13:07
Azərbaycanda hər il dövlət büdcəsi müzakirə olunarkən ən çox diqqət çəkən məqamlardan biri də sosial müavinət və pensiyaların artırılması mexanizmidir. Bəs bu artımlar necə tənzimlənir, vətəndaş hər hansı quruma müraciət etməlidirmi və hesablamadan narazı qalanlar hansı hüquqi yollara əl atmalıdır?
Oxu24.com-un suallarını cavablandıran hüquqşünas Ramil Süleymanov pensiya və əlillik dərəcələrinin təyinatı ilə bağlı mühüm məqamlara aydınlıq gətirib.
“Azərbaycan Respublikasında sosial müavinətlərin və pensiyaların artırılması məsələsi hər ilin dövlət büdcəsi paketinin müzakirəsi çərçivəsində, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən tənzimlənir. Hökumət tərəfindən təqdim olunan büdcə zərfində növbəti təqvim ili üçün yaşayış minimumu, ehtiyac meyarı və müvafiq olaraq pensiyaların minimum məbləğləri proqnozlaşdırılır.
Büdcə müzakirələrinin yekunu olaraq qəbul edilən "Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda sosial xərclər müəyyənləşdirilir. Bu artımlar qanunvericiliklə müəyyən edilmiş qaydada, vətəndaşın müraciəti tələb olunmadan, müvafiq informasiya sistemləri vasitəsilə proaktiv qaydada (avtomatik) tətbiq edilir",-eyə hüquqşünas bildirib.
Ramil Süleymanovun sözlərinə görə,vətəndaş ona təyin olunmuş pensiya və ya müavinət məbləğinin hesablanmasında qeyri-dəqiqlik aşkar edərsə, müvafiq hüquqi prosedurlara start verə bilər.
İnzibati qaydada müraciət: İlk mərhələdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya DOST mərkəzlərinə yazılı ərizə ilə müraciət edilərək yenidən hesablanma (rekalkulyasiya) tələb olunmalıdır.
Məhkəmə nəzarəti: İnzibati orqanın qərarı və ya cavabı vətəndaşı qane etmədiyi təqdirdə, "İnzibati icraat haqqında" Qanunun tələblərinə uyğun olaraq, rəsmi cavab alındığı gündən etibarən bir ay müddətində ərazi üzrə inzibati məhkəməyə iddia ərizəsi təqdim edilə bilər.
Sosial ödənişlərin artırılması prosesində əsas hüquqi kolliziya deyil, iqtisadi adekvatlıq məsələsi ön plana çıxır. Dövlət tərəfindən müəyyən edilən minimum standartlar pensiyaçının real tələbatını (qida, dərman və digər zəruri ehtiyaclar) qarşılamalıdır. Sosial təminat hüququnun fəlsəfəsinə görə, təyin olunan məbləğ vətəndaşın ləyaqətli həyat səviyyəsini təmin edən faydalılıq əmsalına malik olmalıdır.
Əlillik dərəcələrinin təyini və yenidən qiymətləndirilməsi mürəkkəb tibbi-hüquqi prosesdir. Vətəndaşın sağlamlıq vəziyyətində pisləşmə baş verdikdə və ya mövcud dərəcə ilə razılaşmadıqda aşağıdakı ardıcıllıq izlənilir:
1. Forma-88-in tərtibi: Yaşayış yeri üzrə poliklinika tərəfindən vətəndaşın sağlamlıq vəziyyəti barədə elektron göndəriş hazırlanır.
2. TSEK Qiymətləndirilməsi: Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən vizual və ya sənəd əsaslı müayinə aparılır.
3. Qərarın mübahisələndirilməsi: Komissiyanın rəyi ilə razılaşmayan şəxs, inzibati şikayət instansiyalarından sonra məhkəmə qaydasında qərarın ləğvini və ya dəyişdirilməsini tələb edə bilər.
Çimnaz Telmanqızı
20:19 / 27 İyul 2026
20
20:00 / 27 İyul 2026
58
19:59 / 27 İyul 2026
53
19:46 / 27 İyul 2026
303
19:30 / 27 İyul 2026
79
19:15 / 27 İyul 2026
73
19:13 / 27 İyul 2026
87
19:02 / 27 İyul 2026
73
18:48 / 27 İyul 2026
562
18:45 / 27 İyul 2026
97
18:33 / 27 İyul 2026
73
18:30 / 27 İyul 2026
658
18:22 / 27 İyul 2026
79
18:20 / 27 İyul 2026
2868
18:10 / 27 İyul 2026
90
17:59 / 27 İyul 2026
86
17:40 / 27 İyul 2026
93
17:23 / 27 İyul 2026
190
17:07 / 27 İyul 2026
95
17:00 / 27 İyul 2026
94
16:42 / 27 İyul 2026
92
16:21 / 27 İyul 2026
89
16:18 / 27 İyul 2026
232
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.