Qaynar xətt:

(+99450) 247 90 86

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ 

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ 

CƏMİYYƏT

706

15.02.2026, 21:30

Bu il Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin artım tempinin əvvəlki illərlə müqayisədə zəifləyəcəyi gözlənilir. "S&P Global Ratings"in açıqlamasına görə, inflyasiyaya uyğunlaşdırılmış mənzil qiymətlərində artımın 2026-cı ildə 5-6 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Analitiklər artım tempinin azalmasını ölkədə kreditləşmənin yavaşlaması, iqtisadi artımın məhdudlaşması və neft qiymətləri ilə bağlı gözləntilərlə əlaqələndirirlər.

Qeyd edək ki, beynəlxalq reytinq agentliyi bundan əvvəl, 2025-ci ildə Azərbaycanda daşınmaz əmlak qiymətlərinin 10-15 faiz civarında artacağını proqnozlaşdırmışdı. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara əsasən isə 2025-ci il ölkədə mənzil qiymətləri əvvəlki illə müqayisədə 12,2 faiz yüksəlib.

 

Oxu24.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

 

Əhali arasında da tezliklə daşınmaz əmlakın ucuzlaşacağı ilə bağlı şayiələr yayılır. Bəs bu şayiələr nə dərəcədə həqiqətə uyğundur?

 

"Nə sabitləşmə, nə də ucuzlaşma gözlənilir"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Orucun sözlərinə görə, qiymət artımı ilə bağlı temp azalsa da, nə sabitləşmə, nə də ucuzlaşma gözlənilir: "Bu il daşınmaz əmlak bazarında qiymət artımının dinamikası əvvəlki illərlə müqayisədə zəif olacaq. Yəni qiymətlər artmaqda davam etsə də, artım tempi azalacaq. Lakin daşınmaz əmlak hələ də investisiya aləti olaraq qalır və bu səbəbdən qiymət artımı dayanmayacaq. Alternativ investisiya istiqamətlərinin məhdud olması əhalinin investisiya məqsədilə əmlaka üstünlük verməsinə səbəb olur. Bununla yanaşı, yeni yaşayış komplekslərinin tikintisi ilə bağlı gözləntilər mövcuddur. Aparılan söküntü işləri nəticəsində köhnə binaların yerində yeni tikililər inşa ediləcək. Bu amillər daşınmaz əmlak bazarında qiymət artımını saxlayan əsas faktorlar sırasındadır. Hazırda bazarda alıcıların sayı az, satıcıların sayı isə çoxdur. Amma bu, qiymətlərin enməsi üçün səbəb demək deyil. Çünki daşınmaz əmlak bazarı klassik tələb və təklif prinsipi ilə tənzimlənmir".

 

V.Oruc bildirdi ki, qiymət artımının azalacağı ilə bağlı verilən proqnozlar əsasən köhnə binalara aiddir: "Belə ki, bu il köhnə binalarda qiymətlərin 6-6,5 faiz, yeni tikililərdə isə 9-10 faiz artacağı gözlənilir. 2027-ci ildə də əmlak sektorunda qiymət artımı gözlənilir, lakin artım tempi daha aşağı olacaq. Bu proses ölkədəki iqtisadi vəziyyət, xərclərin optimallaşdırılması və tikinti bazarında aktivliyin azalması ilə əlaqələndirilir".

Ucuzlaşma real hesab edilmir

 

Ekspertin fikrincə, iqtisadi sabitlik baş vermədikcə, heç bir sahədə ucuzlaşma olmayacaq:

 

"Qiymətlərin ucuzlaşması real hesab edilmir. Daşınmaz əmlakın qiymətləri bir il əvvəlki səviyyədən aşağı düşməyəcək. Fevral və mart aylarında qiymət artımının yenidən özünü göstərəcəyi proqnozlaşdırılır. Ən yaxşı halda bazarda stabilləşmə 2027-ci ilin sonu, 2028-ci ildə mümkün ola bilər. Bu da həmin illərdə manatın məzənnə rejimi və ümumi iqtisadi şəraitlə bağlı olacaq".

Ekspertin sözlərinə görə, əmlak bazarında qiymətlərin stabilləşməsinin yeganə çıxış yolu tikinti şirkətlərinin yenidən aktiv şəkildə dövriyyəyə daxil olmasıdır: "Yalnız 2016-2018-ci illərdə olduğu kimi kütləvi inşaat prosesi başlasa, qiymətlərin stabilləşməsindən, hətta müəyyən enişdən danışmaq mümkün olar. Əks halda, sabitləşmə, ucuzlaşma baş verməyəcək. Etiraf etmək lazımdır ki, hazırda tikinti üçün verilən icazələrin əhəmiyyətli dərəcədə azaldılması tikinti şirkətləri arasında rəqabəti zəiflədib. Nəticədə daşınmaz əmlakla bağlı təkliflər qıtlaşıb. Bu qıtlıq aradan qaldırılmadıqca, tələbat yüksək olaraq qalacaq, qiymətlər stabilləşməyəcək və artım tendensiyası da davam edəcək".

Nazirlər Kabineti mühüm qərar qəbul edib:Sürücülərdən alınan bu cərimələr geri qaytarılır

18:48 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabineti mühüm qərar qəbul edib:Sürücülərdən alınan bu cərimələr geri qaytarılır

731

0
Azərbaycanda bu kənddə heç kim "qocalmır" - 3 dəfə yandırılan, yolu olmayan yerdən VİDEOREPORTAJ

18:45 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda bu kənddə heç kim "qocalmır" - 3 dəfə yandırılan, yolu olmayan yerdən VİDEOREPORTAJ

111

0
Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

18:33 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

78

0
Yeni nazir müavini təyin OLUNDU

18:30 / 27 İyul 2026

SİYASƏT SİYASƏT

Yeni nazir müavini təyin OLUNDU

806

0
"Samsung"dan sərt qərar: Bu səhvi etsəniz telefondakı bütün məlumatlar silinəcək

18:22 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Samsung"dan sərt qərar: Bu səhvi etsəniz telefondakı bütün məlumatlar silinəcək

81

0
Qubada yol qəzasında bir nəfər ölüb 

18:20 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Qubada yol qəzasında bir nəfər ölüb 

2872

1
Biləcəridə sakinlər təhlükə içində: “Ağac hər an evlərin üzərinə aşa bilər”— Qurumlar isə susur (VİDEO)  

18:10 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Biləcəridə sakinlər təhlükə içində: “Ağac hər an evlərin üzərinə aşa bilər”— Qurumlar isə susur (VİDEO)  

99

0
"Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuzdur - RƏSMİ 

17:59 / 27 İyul 2026

SİYASƏT SİYASƏT

"Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuzdur - RƏSMİ 

93

0
Azərbaycanda 2 mindən çox əlilliyi olan şəxs işlə təmin edilib 

17:40 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda 2 mindən çox əlilliyi olan şəxs işlə təmin edilib 

96

0
Külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı artıb 

17:23 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı artıb 

213

0
İranın AzTV ilə bağlı qərarına Azərbaycandan cavab: MEDİA bəyanat yaydı 

17:07 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

İranın AzTV ilə bağlı qərarına Azərbaycandan cavab: MEDİA bəyanat yaydı 

99

0
Hövsanda dənizdə 4 nəfər batıb: 3-ü xilas edilib, 1-i boğulub 

17:00 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Hövsanda dənizdə 4 nəfər batıb: 3-ü xilas edilib, 1-i boğulub 

99

0