Saat 10:00-dan qaz olmayacaq - Bu ərazilərdə
17 Aprel 2026, 09:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
578
15.02.2026, 10:18
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələri zamanı Prezident İlham Əliyevə sual verən Stepan Safaryan Nikol Paşinyanın tərəfdarlarındandır. 2018-ci ildən sonra daha aktiv siyasi fəaliyyətə başlayan Safaryan əsasən Paşinyan hakimiyyətinin kursuna uyğun çıxışları ilə tanınır.
İstisna deyil ki, Safaryanı Münhenə göndərən və Əliyevə verilən sualları hazırlayan Ermənistan hakimiyyətidir. Sualların mahiyyəti də bunu deməyə əsas verir. Erməni ekspert Azərbaycan prezidentindən iki məsələni soruşur, daha dəqiq desək, mövqe irəli sürür.
Birincisi, Ermənistanın mövcud konstitusiyasının yekun sülh müqaviləsinin imzalanmasına maneə olmamasıdır. Safaryan iddia edir ki, Azərbaycanı narahat edən Ermənistanın Müstəqillik Bəyannaməsi artıq qüvvədə deyil, bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı olub.
İkincisi, Ermənistanın “sülh qovşağı”nı mühüm təşəbbüs kimi təqdim edir. İddia edir ki, ABŞ-ın hər iki administrasiyasının (Bayden dəstəkləsə də, Tramp administrasiyasının yanaşması fərqli olub) dəstəklədiyi bu layihə bütün təşəbbüsləri - İpək yolu, Transxəzər, “Bir kəmər bir yol” - tənzimləyir.
Hər iki məsələ rəsmi İrəvanın “mətbəxi”ndə hazırlanıb.
- Ermənistan hakimiyyəti seçkiyə qədər yekun sülh müqaviləsini imzalamaq istəyir və iddia edir ki, mövcud konstitusiya – Bakının narazılığına səbəb olan müstəqillik bəyannaməsi sazişin imzalanmasına maneə deyil. Paşinyan da bildirdi ki, seçkidən öncə müqavilənin imzalanması məqsədi hökumətin gündəliyinə daxil edilib.
- “Sülh qovşağı”nı regional kommunikasiyanın açılmasında əsas layihə kimi qəbul etdirməyə çalışan İrəvanın iki ana hədəfi var:
a) Zəngəzur dəhlizinə bu layihə çərçivəsində daha çox nəzarət edə bilmək, “suverenlik prinsipini” gücləndirmək;
b) Cənubi Qafqazın bütün kommunikasiyasını Ermənistan üzərində birləşdirməklə regionun əsas tranzitinə çevrilmək;
Həmçinin oxuyun
Bayden Administrasiyası regional kommunikasiyanın açılmasında Paşinyanın “sülh qovşağı” təşəbbüsünə dəstək verirdi və “yanlış ata oynamaq”la itirən tərəfə çevrildi. Tramp Baydenin yanlışını təkrar etmədiyi üçün regionda qazanan tərəf oldu. TRİPP layihəsi də Bakının istəklərinin qəbul edildiyi üçün baş tutdu. Paşinyan isə TRİPP-i qəbul etsə də, bütün kommunikasiya xətlərini “sülh qovşağında birləşdirmək niyyətindən imtina etməyib və bu layihəni müxtəlif platformalarda zaman-zaman gündəmə gətirir.
Safaryanın Prezident İlham Əliyevə ünvanladığı sual/mövqe də Münhendə diqqəti “sülh qovşağı”na və Ermənistanda parlament seçkilərinə qədər sülh müqaviləsinin imzalanmasına yönəltməyə hesablanmışdı. Rəsmi İrəvan bununla beynəlxalq ictimai rəyi öz maraqları istiqamətində formalaşdırmağa çalışır.
Bu kontekstdə erməni nümayəndənin sualının təxribat xarakterli olduğu aydın görünürdü. Prezident İlham Əliyev də Ermənistan hakimiyyətinin niyyətinə adekvat cavab verdi.
Prezident “Konstitusiya məhkəməsi konstitusiyadan üstün götürülə bilməz” deməklə Ermənistan hakimiyyətinin iddialarının hüquqi baxımdan əsassız olduğunu göstərdi və mövcud konstitusiya dəyişmədən sülh sazişinin imzalanmayacağı mesajını bir daha çatdırdı. “Sülh qovşağı” ilə bağlı dediyi “Prezident Tramp vəzifəyə qayıtdıqdan sonra TRIPP layihəsini irəli sürdü, daha sonra Bayden kimi prezident gəlsə, o, sizin yol qovşağınızı yenidən gündəmə gətirəcək” sözləri isə incə diplomatiya hesab oluna bilər.
Əliyev göstərir ki, “sülh qovşağı” Baydenin layihəsidir”: bununla ABŞ Administrasiyasına Ermənistanın təşəbbüsünün problemli olduğunu çatdırır və Trampa “Paşinyan TRİPP-i qəbul etsə də, hələ də Baydenin dəstəklədiyi layihə haqda düşünür” mesajını verməklə “sülh qovşağı”na mümkün dəstəyi arxa plana keçirir.
Publika.az,
Asif Nərimanlı
09:12 / 17 Aprel 2026
1
09:10 / 17 Aprel 2026
6
09:08 / 17 Aprel 2026
9
00:05 / 17 Aprel 2026
261
00:00 / 17 Aprel 2026
196
23:42 / 16 Aprel 2026
114
23:34 / 16 Aprel 2026
105
23:20 / 16 Aprel 2026
2679
23:19 / 16 Aprel 2026
89
23:19 / 16 Aprel 2026
304
23:03 / 16 Aprel 2026
93
22:59 / 16 Aprel 2026
204
22:58 / 16 Aprel 2026
999
22:54 / 16 Aprel 2026
102
22:43 / 16 Aprel 2026
163
22:33 / 16 Aprel 2026
92
22:22 / 16 Aprel 2026
101
22:01 / 16 Aprel 2026
108
22:00 / 16 Aprel 2026
188
21:49 / 16 Aprel 2026
452
21:46 / 16 Aprel 2026
94
21:39 / 16 Aprel 2026
215
21:37 / 16 Aprel 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.