Güclü külək əsib, yağış yağıb
15 Fevral 2026, 11:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
861
15.02.2026, 09:49
Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən yayılan faktlar Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” kimi təqdim edən Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı hazırladığını açıq şəkildə təsdiqlədi. Eyni zamanda, bu planın dəstək əldə etmək məqsədilə Rusiyaya təqdim edildiyi, “dostlarımız” adlandırdığı AXCP sədri Əli Kərimli və komandasına göndərildiyi üzə çıxdı. Beləliklə, indiyə qədər mediada ehtimal və ya təsdiqlənməmiş kimi təqdim olunan informasiyalar rəsmi təsdiqini tapır.
DTX-nın apardığı istintaq göstərir ki, Ramiz Mehdiyev, Abbas Abbasov və Əli Kərimli 2012-ci ildən etibarən ölkədə çevriliş həyata keçirmək üçün birlikdə hərəkət ediblər. Ramiz Mehdiyev gizli şəkildə planı dəstəkləyərkən, Abbas Abbasov Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli biznesmenləri “Milyarderlər ittifaqı” çətiri altında birləşdirib, Əli Kərimli və dəstəsi isə “Demokratik Qüvvələrin Milli Şurası” adı altında siyasi müxalifəti planın icrasına cəlb edib.
Globalinfo.az-a danışan analitik Asif Nərmanlı deyib ki, Abbas Abbasov və Ramiz Mehdiyev gizli şəkildə Əli Kərimlini maliyyələşdirib:
“AXCP üzvü İbrahim Məmməd və digər şəxslər vasitəsilə təxminən 933 min manat vəsaitin əldə edildiyi təsdiqlənib. Vəsaitin çatdırılmasını isə Fuad Qəhrəmanlı icra edib. Yayılan görüntülər F.Qəhrəmanlının dəfələrlə eyni mərkəzdən külli miqdarda pulu qəbul etdiyini göstərir, AXCP üzvü Qənimət Zayıdov isə çevriliş planına dəstək üçün xarici xüsusi xidmət orqanları ilə əlaqə yaratmaqda vasitəçilik edib.
Planın həyata keçirilməsi 2013-cü il prezident seçkilərində səsverməyə müdaxilə və kütləvi iğtişaşlar vasitəsilə nəzərdə tutulmuş, “Milyarderlər ittifaqı” üzvlərinə isə xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarını Azərbaycana göndərmək, qohum və yaxınlarını da cəlb edərək mitinqlərdə istifadə etmək tapşırılmışdı. Bundan əlavə, “Milli Şura” xarici dövlət rəhbərliyinə məktub ünvanlayaraq fəaliyyətinin dəstəklənməsini xahiş etmiş, Azərbaycanda islahatların həyata keçirilməsi üçün təzyiq göstərilməsi təklif olunmuşdu.
Söhbət Rusiyadan gedir. Qənimət Zayıdov Əli Kərimlinin adından Rusiya xüsusi xidmət orqanları ilə gizli danışıqlar aparıb və hakimiyyətə gələcəyi zaman verilən dəstək qarşılığında həmin dövlətin maraqlarını müdafiə edəcəklərini bildirib. Planın əsas elementlərindən biri isə Azərbaycanın mərhələli şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) tam üzv olması ilə bağlı razılaşmanın əldə olunması idi.
Həmçinin oxuyun
2013-cü ilin prezident seçkilərində plan baş tutmasa da, sonrakı illərdə Abbas Abbasov Milli Şuranı maliyyələşdirməyə davam edib, Əli Kərimli və Ramiz Mehdiyev arasındakı təmaslar intensivləşib, çevriliş planını yenidən həyata keçirmək məqsədilə qarşılıqlı hərəkətlər baş verib. İttifaqın hədəfi ölkədə hakimiyyəti ələ keçirmək olsa da, Ramiz Mehdiyev mitinqləri öz mövqeyini qorumaq və hakimiyyət daxilində gücünü artırmaq üçün, Əli Kərimli isə müxalifət imicini göstərmək üçün istifadə edib. 2019-cu ildə Mehdiyevin vəzifədən uzaqlaşdırılması ilə “Milli Şura”nın mitinqləri səngiyib”.
A.Nərimanlı bildirib ki, 2020-ci ilin iyul ayında Tovuz döyüşlərindən sonra vətəndaşların yürüşündə baş verən qəfil təxribatlar və parlament binasına daxil olmaq cəhdi də bu planın davamı olaraq Əli Kərimlinin təlimatı ilə həyata keçirilib:
“Fuad Qəhrəmanlı isə kütlənin diqqətini hakimiyyətə yönəltmək və inzibati binaları ələ keçirmək tapşırıqlarını icra edib. 2025-ci ilin avqust-sentyabr aylarında baş verən ikinci cəhd zamanı isə AZAL-ın təyyarəsinin vurulmasından sonra yaranan problemlərdən istifadə edilərək, Ramiz Mehdiyev Rusiyaya “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında” təkliflər göndərib. Mehdiyev dövlətə xəyanət ittihamı ilə həbs olunub, araşdırmalar göstərir ki, plan çərçivəsində ölkədə idarəçiliyi ələ alacaq 50 nəfərlik “Dövlət Şurası” yaradılması nəzərdə tutulub, şurada müxalifət nümayəndələri – Əli Kərimli və Gültəkin Hacıbəyli də yer alıb. Planın detallarını ehtiva edən məktub Əli Kərimliyə təqdim edilib və yekun redaktə olunmuş nüsxə xarici xüsusi xidmət orqanına göndərilib. Telefon danışığı isə Mehdiyevin planın dəstəklənməsi üçün Rusiyaya müraciət etdiyini sübut edir.
Yayılan faktlar Ramiz Mehdiyev, Abbas Abbasov, Eldar Əmirov, Əli Kərimli, İbrahim Məmməd, Qənimət Zayıdov və Fuad Qəhrəmanlının konstitusion hakimiyyəti dəyişdirmək planlarını açıq şəkildə göstərir. 2013-cü ildən dövriyyəyə daxil edilən planın son cəhdləri Rusiyanın dəstəyi ilə həyata keçirilməyə çalışılsa da, bütün cəhdlərin qarşısı alınmış və şəbəkə ifşa edilmişdir. Bu proses həm də Əli Kərimli və dəstəsinin “demokratiya qəhrəmanları” obrazının saxtalığını üzə çıxarır, Ramiz Mehdiyev və Əli Kərimlinin həbs edilməsinin siyasi deyil, konstitusiya quruluşuna qarşı çevriliş cəhdinə əsaslandığını təsdiqləyir. Şəbəkənin digər üzvləri barəsində də cinayət işləri açılıb və hər biri qanun qarşısında cavab verəcək”.
11:11 / 15 Fevral 2026
1
11:08 / 15 Fevral 2026
12
10:53 / 15 Fevral 2026
18
10:46 / 15 Fevral 2026
30
10:31 / 15 Fevral 2026
30
10:24 / 15 Fevral 2026
230
10:18 / 15 Fevral 2026
65
10:09 / 15 Fevral 2026
44
09:28 / 15 Fevral 2026
41
02:16 / 15 Fevral 2026
83
02:00 / 15 Fevral 2026
107
01:28 / 15 Fevral 2026
78
00:25 / 15 Fevral 2026
139
00:04 / 15 Fevral 2026
112
23:28 / 14 Fevral 2026
92
23:19 / 14 Fevral 2026
115
23:14 / 14 Fevral 2026
148
23:05 / 14 Fevral 2026
97
22:54 / 14 Fevral 2026
89
22:51 / 14 Fevral 2026
94
22:49 / 14 Fevral 2026
100
22:35 / 14 Fevral 2026
740
22:19 / 14 Fevral 2026
2891
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.