Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
657
13.02.2026, 17:14
Gələn ay hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı keçiriləcək.
Oxu24.com bildirir ki, YAP-ın qurultayında partiyanın İdarə Heyəti və Mərkəzi Nəzarət Təftiş Komissiyasının tərkibində ciddi dəyişiklik olacaq. Bildirilir ki, YAP-ın ötən qurultayından keçən 5 il ərzində partiyanın fəaliyyətində ciddi dönüş olmayıb. Buna səbəb isə YAP İdarə Heyətində təmsil olunan şəxslərin böyük əksəriyyətinin ölkənin ictimai-siyasi həyatına nabələd şəxslərin olmasıdır.
“Ona görə də YAP -ın rəhbər heyətində ciddi keyfiyyət dəyişikliyinin olması labüddur”, – deyə mənbə əlavə edib.
YAP-dakı başqa bir mənbə də mart ayında qurultay keçiriləcəyi barədə məlumatı “AzPolitika”ya təsdiqləyib. Qeyd olunur ki, YAP rəhbərliyində ciddi dəyişikliklər olacağı gözlənilir. Bu sırada hakim partiya sədrinin müavini və İcra Aparatının rəhbərinin də yeni şəxs olacağı gözlənilir. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə həmin postu tutan Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən çıxarılaraq Nəsimi rayonuna icra başçısı təyin edilib. Onun vəzifəsinin kiçildilməsi YAP rəhbrliyində də tutduğu mühüm postu itirəcəyinə işarə sayıla bilər. Yerli media onun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləcəyi haqda xəbər yayıb.
Hakim partiyanın qurultayında müxtəlif ağır cinayətlərdə ittiham olunan keçmiş icra başçılarının, o cümlədən AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin YAP üzvlüyündən azad ediləcəyi gözlənilir. Mənbə partiyanın idarəçiliyində bəzi dəyişikliklərlə bağlı təkliflər hazırlandığını, onların qurultay iştirakççılarının müzakirəsinə təqdim olunacağın da vurğulayıb. (Gununsesi.info)
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.