Yayda hovuz təhlükəsi: Hansı xəstəliklərə yoluxa bilərsiniz?
28 İyul 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
636
13.02.2026, 15:16
Milli Məclisin ötən gün keçirilən iclasında Azərbaycana ABŞ-dan kənd təsərrüfatı sahəsinə iri həcmli investisiyaların cəlb olunacağı ilə bağlı açıqlamalar səsləndirilib. Bildirilib ki, söhbət bir neçə milyard dollar həcmində investisiyadan gedə bilər.
Çıxış zamanı vurğulanıb ki, ABŞ-dən ixtisaslı mütəxəssislərin Azərbaycana dəvət olunması kənd təsərrüfatının inkişafına ciddi töhfə verə bilər. Eyni zamanda qeyd edilib ki, 2023-cü ildən etibarən ölkədə kənd təsərrüfatı istehsalında azalma müşahidə olunur və bu, ərzaq məhsullarının idxalının artmasına səbəb olub. Mövcud şəraitdə bu sektora xarici investisiyaların cəlb edilməsi xüsusilə vacib hesab olunur.
Məsələ ilə bağlı News24.az-a danışan Milli Məclisin regional məsələlər komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Azərbaycan və ABŞ arasında imzalanmış siyasi tərəfdaşlıq sazişi bir sıra istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur və aqrar sektor da bu prioritet sahələrdən biridir:
"Sənəddə ABŞ investisiyalarının kənd təsərrüfatına yönəldilməsi xüsusi yer tutur. ABŞ bu gün dünyada intensiv kənd təsərrüfatı modeli formalaşdırmış, nisbətən az xərclə yüksək məhsuldarlıq əldə edən qabaqcıl ölkələrdən biridir. Bu baxımdan Amerika təcrübəsi Azərbaycan üçün maraqlı və faydalı ola bilər".
Deputat bildirib ki, əməkdaşlıq çərçivəsində yüksək məhsuldar bitki sortlarının və heyvandarlıq cinslərinin Azərbaycana gətirilməsi, müasir aqrar komplekslərin yaradılması, innovativ suvarma və idarəetmə sistemlərinin tətbiqi mümkündür:
"Bu, təkcə daxili bazarın təminatı baxımından deyil, həm də Azərbaycan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Söhbət yalnız investisiya qoyuluşundan deyil, kompleks yanaşmadan gedir. Texnologiya transferi, müasir idarəetmə modeli, logistika imkanlarının genişləndirilməsi və ixrac potensialının artırılması kimi məsələlər bu əməkdaşlığın əsas komponentləridir".
Aydın Mirzəzadə həmçinin vurğulayıb ki, Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir:
"Cənab Prezident çıxışında son 20 ildə ölkə iqtisadiyyatına ümumilikdə 350 milyard dollardan çox investisiya qoyulduğunu, həm yerli, həm də xarici investorların maraqlarının və gəlirlərinin qorunduğunu xatırladıb. Bu, Azərbaycanın investisiya mühiti baxımından etibarlı tərəfdaş olduğunu göstərir. ABŞ-ın aqrar sahədəki təcrübəsi Azərbaycan üçün maraqlıdır və bu istiqamətdə əməkdaşlığın genişlənməsi kənd təsərrüfatında məhsuldarlığın və səmərəliliyin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər".
01:50 / 28 İyul 2026
53
01:15 / 28 İyul 2026
52
23:44 / 27 İyul 2026
136
23:18 / 27 İyul 2026
143
22:44 / 27 İyul 2026
77
22:24 / 27 İyul 2026
73
21:47 / 27 İyul 2026
167
21:29 / 27 İyul 2026
90
20:50 / 27 İyul 2026
82
20:19 / 27 İyul 2026
107
20:00 / 27 İyul 2026
119
19:59 / 27 İyul 2026
94
19:46 / 27 İyul 2026
606
19:30 / 27 İyul 2026
133
19:15 / 27 İyul 2026
100
19:13 / 27 İyul 2026
118
19:02 / 27 İyul 2026
105
18:48 / 27 İyul 2026
1030
18:45 / 27 İyul 2026
125
18:33 / 27 İyul 2026
92
18:30 / 27 İyul 2026
957
18:22 / 27 İyul 2026
93
18:20 / 27 İyul 2026
2888
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.