Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
02 Oktyabr 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
641
13.02.2026, 12:36
Milli Məclis vətəndaşların özəl tibb müəssisələrində də onkoloji yardım ala biləcəyi haqqında dəyişikliyi son oxunuşda qəbul edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" qanunlara təklif edilən dəyişikliklər parlamentin yaz sessiyasının bugünkü plenar iclasında müzakirə edilib.
Layihəyə əsasən, ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri xidmət göstərə biləcək.
Məlumat verilib ki, hazırda "Onkoloji yardım haqqında" qanunun tələblərinə əsasən onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələrində mümkündür. Bu xüsusda, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
Həmçinin, dövlət tərəfindən onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə təminat verilir.
Qeyd olunub ki, onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir. Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.
"Əhalinin sağlamlığının qorunması haqqında" qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnu təsbit edir. Yəni pasiyent öz iradəsi ilə dövlət və ya özəl tibb müəssisəsində müalicə almaq hüququna malikdir. Lakin, "Onkoloji yardım haqqında" qanuna əsasən vətəndaşlar yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində xidmət ala bilərlər.
Qeyd edilənlərə əsasən hər hansı özəl tibb müəssisəsi bu fəaliyyətlə məşğul olarsa, lisenziyadan kənar fəaliyyət hesab olunur və məsuliyyətə cəlb edilir.
Diqqətə çatdırılıb ki, hazırda ölkədə onkoloji yardım alan xəstələrin çoxluğu, təminatın sırf dövlət büdcəsi hesabına həyata keçirilməsi vətəndaşların ölkə xaricinə üz tutmasına səbəb olur. Halbuki, ölkə ərazisində onkoloji yardım xidməti ilə məşğul ola biləcək müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur. Bu səbəbdən, sözügedən problemin aradan qaldırılması məqsədilə "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata keçirilməsi təklif edilir.
Layihənin qəbul olunması nəticəsində ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcək. Bu da vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəsisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququnu təmin edəcək.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
02:00 / 02 Oktyabr 2026
84
00:03 / 02 Oktyabr 2026
111
23:54 / 01 Oktyabr 2026
88
23:41 / 01 Oktyabr 2026
106
23:12 / 01 Oktyabr 2026
109
23:00 / 01 Oktyabr 2026
108
22:53 / 01 Oktyabr 2026
92
22:52 / 01 Oktyabr 2026
101
22:50 / 01 Oktyabr 2026
172
22:42 / 01 Oktyabr 2026
88
22:31 / 01 Oktyabr 2026
97
22:24 / 01 Oktyabr 2026
129
22:18 / 01 Oktyabr 2026
241
22:07 / 01 Oktyabr 2026
102
21:42 / 01 Oktyabr 2026
97
21:41 / 01 Oktyabr 2026
112
21:31 / 01 Oktyabr 2026
97
21:29 / 01 Oktyabr 2026
111
21:26 / 01 Oktyabr 2026
251
21:25 / 01 Oktyabr 2026
84
21:19 / 01 Oktyabr 2026
93
21:15 / 01 Oktyabr 2026
87
21:08 / 01 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.