Yayda hovuz təhlükəsi: Hansı xəstəliklərə yoluxa bilərsiniz?
28 İyul 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
595
13.02.2026, 11:53
Milli Məclisin deputatı Günay Ağamalı vəfat edən atası Fəzail Ağamalı ilə bağlı paylaşım edib.
Oxu24.com sözügedən paylaşımı təqdim edir:
Atam, ömrünü dövlətimizə, millətimizə və ideallarına həsr etmiş Fəzail Ağamalının vəfatı ailəmiz üçün çox ağır itkidir. Acı xəbəri eşidən andan yanımızda olan, başsağlığı verən, dərdimizə şərik olan hər kəsə dərin təşəkkürümü bildirirəm.
İnsanın həyatda qazandığı ən böyük sərvət onun ətrafında olan səmimi münasibətlər, dostluq və hörmətdir. Qapımızı döyən, zəng edən, mesaj yazan, dualarında adımızı çəkən hər kəsin diqqəti bizim üçün təsəlli oldu. Dövlət və ictimaiyyət nümayəndələrinin, həmkarlarımın, silahdaşlarımızın, dostlarımızın, tanıyan və tanımayan insanların göstərdiyi ehtiram Fəzail müəllimin ömür yolu və prinsiplərinə verilən qiymətin göstəricisidir.
Vida mərasimində iştirak edən, yas mərasimlərində ailəmizin yanında olan, kədərimizi bölüşən hər kəsə minnətdaram. Bu çətin günlərdə deyilən hər bir xoş söz, edilən hər bir dua, göstərilən hər bir diqqət bizim üçün dəyərlidir və yaddaşımızda daim qalacaq.
Atamın xatirəsi bizim üçün ailə dəyəri olmaqla yanaşı, həm də bir həyat məktəbidir. Fəzail Ağamalı bizim üçün əqidə, mövqe qoyub getdi. Onunla bağlı söylənilən xoş sözlər, yazılan xatirələr bizim üçün ən böyük təsəllidir.
Yanımızda olan hər kəsə bir daha təşəkkür edir, dualarınızı əsirgəmədiyiniz üçün minnətdarlığımı ifadə edirəm. Fəzail Ağamalının xatirəsi onu sevənlərin qəlbində hər zaman yaşayacaq.
Əziz Atam məkanın cənət, ruhun şad olsun!
Sənə sonsuz sevgi və ehtiramla
Canından çox sevdiyin qızın Günay.
Qeyd edək ki, 79 yaşlı F.Ağamalı 35 il Ana Vətən Partiyasına sədrlik edib. Bir neçə ay öncə isə həmin partiyanın sədri olmaq uğrunda övladları arasında münaqişə baş vermişdi. Yanvarın 24-ü onun qızı, Milli Məclisin deputatı Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçilib.
Hazırladı: Nigarxanım
01:50 / 28 İyul 2026
53
01:15 / 28 İyul 2026
52
23:44 / 27 İyul 2026
136
23:18 / 27 İyul 2026
143
22:44 / 27 İyul 2026
77
22:24 / 27 İyul 2026
73
21:47 / 27 İyul 2026
167
21:29 / 27 İyul 2026
90
20:50 / 27 İyul 2026
82
20:19 / 27 İyul 2026
107
20:00 / 27 İyul 2026
119
19:59 / 27 İyul 2026
94
19:46 / 27 İyul 2026
606
19:30 / 27 İyul 2026
133
19:15 / 27 İyul 2026
100
19:13 / 27 İyul 2026
118
19:02 / 27 İyul 2026
105
18:48 / 27 İyul 2026
1030
18:45 / 27 İyul 2026
125
18:33 / 27 İyul 2026
92
18:30 / 27 İyul 2026
957
18:22 / 27 İyul 2026
93
18:20 / 27 İyul 2026
2888
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.