Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?
02 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3015
10.02.2026, 14:57
"Əmək Məcəlləsinə" təklif edilən və artıq Milli Məclisdə birinci oxunuşda qəbul olunan dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Yeni dəyişiklik təsdiq olunduqdan sonra minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların artıq qanunla tənzimlənməsi anlamına da gələcək.
Bəs, bu tənzimləmə ölkədəki qiymət artımına qalib gələ bilərmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Oxu24.com-un suallarına cavab verib. O, açıqlamasında deyib ki, minimum əmək haqqına ildə ən azı bir dəfə baxılması və artımların qanunla tənzimlənməsi əhalinin real gəlirlərini qorumaq baxımından müsbət addımdır.
"Bu, qiymət artımlarının təsirini müəyyən qədər yumuşalda bilər, çünki maaşlar inflyasiya ilə uyğunlaşacaq və aşağı gəlirli təbəqələrdə həyat səviyyəsinin qorunmasına kömək edəcək.Lakin bazar iqtisadiyyatı kontekstində bu tənzimləmə təkbaşına qiymət artımını dayandıra bilməz. Qiymətlərin ədalətli və sabit səviyyədə formalaşması üçün azad və rəqabətli bazar mühiti, monopoliyaların qarşısının alınması və rəqabət mexanizmlərinin işləməsi daha təsirli alətlərdir. Minimum əmək haqqının artırılması əsasən sosial müdafiə funksiyasını yerinə yetirir, bazar qiymətlərini birbaşa idarə etmir, amma əhalinin alıcılıq qabiliyyətini qoruyaraq inflyasiyanın mənfi təsirlərini yumuşalda bilər",- deyə iqtisadçı bildirib.
Əntiqə Rəşid
08:24 / 02 Oktyabr 2026
1
08:23 / 02 Oktyabr 2026
11
08:21 / 02 Oktyabr 2026
16
02:00 / 02 Oktyabr 2026
101
00:03 / 02 Oktyabr 2026
218
23:54 / 01 Oktyabr 2026
97
23:41 / 01 Oktyabr 2026
149
23:12 / 01 Oktyabr 2026
152
23:00 / 01 Oktyabr 2026
117
22:53 / 01 Oktyabr 2026
107
22:52 / 01 Oktyabr 2026
124
22:50 / 01 Oktyabr 2026
198
22:42 / 01 Oktyabr 2026
93
22:31 / 01 Oktyabr 2026
105
22:24 / 01 Oktyabr 2026
134
22:18 / 01 Oktyabr 2026
267
22:07 / 01 Oktyabr 2026
111
21:42 / 01 Oktyabr 2026
102
21:41 / 01 Oktyabr 2026
126
21:31 / 01 Oktyabr 2026
106
21:29 / 01 Oktyabr 2026
116
21:26 / 01 Oktyabr 2026
315
21:25 / 01 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.