Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?
02 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1192
10.02.2026, 13:09
Bəzi çörək növlərinin qiyməti artıb. Qiymət artımı əsasən "baton" çörəklərində qeydə alınıb. Belə ki, əvvəllər doğranmış "baton" çörəkləri 1 manata satılırdısa, hazırda 1 manat 10 qəpiyə təklif olunur. Qiymət artımı supermarketlərdə hazırlanan çörək növlərində də qeydə alınıb. Bir sözlə "zavod çörəyi"ndən başqa digər çörək növlərində bu və digər şəkildə bahalaşma var.
Bəs, qiymət artımın səbəbi nədir?
Oxu24.com xəbər verir ki, məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında deyib ki, son vaxtlar zavod çörəyindən başqa çörək növlərinin bahalaşmasının əsas səbəbi istehsal xərclərinin artmasıdır:
"Çeşidli çörəklər adətən özəl sexlərdə və kiçik istehsalçılar tərəfindən hazırlanır və onlar un, maya, yağ, elektrik enerjisi, qaz, işçi haqqı və nəqliyyat xərclərindəki artımı daha tez hiss edirlər.
Xüsusilə, unun və digər xammalın qiymətinin bahalaşması bu çörəklərin maya dəyərini yüksəldib.
Zavod çörəyinin qiyməti isə dövlət nəzarətində saxlanıldığı üçün uzun müddət dəyişmir və istehsalçılar subsidiyalar və ya daxili balans hesabına qiyməti sabit tutmağa çalışırlar. Digər çörək növləri bu mexanizmə daxil olmadığından bazar şərtlərinə uyğun olaraq qiymət artırmaq məcburiyyətində qalırlar. Nəticədə, xərclər artdıqca bu çörəklərin qiyməti də 20-30 qəpik civarında yüksəlir".
08:24 / 02 Oktyabr 2026
67
08:23 / 02 Oktyabr 2026
48
08:21 / 02 Oktyabr 2026
47
02:00 / 02 Oktyabr 2026
103
00:03 / 02 Oktyabr 2026
282
23:54 / 01 Oktyabr 2026
99
23:41 / 01 Oktyabr 2026
154
23:12 / 01 Oktyabr 2026
158
23:00 / 01 Oktyabr 2026
120
22:53 / 01 Oktyabr 2026
112
22:52 / 01 Oktyabr 2026
126
22:50 / 01 Oktyabr 2026
203
22:42 / 01 Oktyabr 2026
94
22:31 / 01 Oktyabr 2026
107
22:24 / 01 Oktyabr 2026
135
22:18 / 01 Oktyabr 2026
273
22:07 / 01 Oktyabr 2026
112
21:42 / 01 Oktyabr 2026
104
21:41 / 01 Oktyabr 2026
128
21:31 / 01 Oktyabr 2026
109
21:29 / 01 Oktyabr 2026
117
21:26 / 01 Oktyabr 2026
324
21:25 / 01 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.