Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?
02 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1605
10.02.2026, 12:33
Xəbər verdiyimiz kimi, sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Siyasətçi ötən gecə Türkiyədə dünyasını dəyişib.
Oxu24.com xəbər verir ki, 79 yaşlı Fəzail Ağamalının ölümü ictimai diqqəti yenidən onun personasına yönəldib. Mərhum siyasətçinin uzun illər rəhbərlik etdiyi Ana Vətən Partiyasının ötən il baş tutatan qalmaqallı qurultayı və bu tədbir fonunda ailədaxili münaqişənin üzə çıxması siyasətçinin ölümü ilə bağlı müzakirələrə yeni rəng qatıb. Fəzail Ağamalının partiya sədri olmaq istəyən oğlu Elçin Ağamalı ilə konfliktdə olması, hətta iddiasını reallaşdıra bilməyən övladın atasını mərhkəməyə verdiyinə dair xəbərlərin yenidən gündəmə gətirilməsi siyasi çevrələrdə mübahisə mövzusuna çevrilib.
Metbuat.az bu mövzuda maraqlı məlumat əldə edib. Belə ki, Fəzail Ağamalının xəstəliyi 2024-cü ilin əvvəllərində üzə çıxıb. Ağamalı xərçəng xəstəsi olduğunu bildiyi üçün 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərə qatılmaqdan imtina edib. İddia olunur ki, hətta o, səhhətinə dair siyasi hakimiyyətdə təmsil olunan bəzi vəzifəli şəxsləri də məlumatlandırıb. Bundan sonra isə seçkidə özünün deyil, övladlarından birinin namizəd olmasına dəstək verilməsini xahiş edib. Təcrübəli siyasətçi müsbət cavab aldıqdan sonra şəxsi qərarı ilə qızının namizədliyi üzərində dayanıb. Ailədaxili münaqişə də məhz bu qərardan sonra baş verib.
Fəzail Ağamalı ötən ilin payızında həkim müayinəsindən keçəndə ona 6 ay ömrünün qaldığı bildirilib.
Qeyd edək ki, Fəzail Ağamalı 26 avqust 1947-ci ildə Ermənistanda doğulub. O, Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub
08:24 / 02 Oktyabr 2026
67
08:23 / 02 Oktyabr 2026
48
08:21 / 02 Oktyabr 2026
47
02:00 / 02 Oktyabr 2026
103
00:03 / 02 Oktyabr 2026
282
23:54 / 01 Oktyabr 2026
99
23:41 / 01 Oktyabr 2026
154
23:12 / 01 Oktyabr 2026
158
23:00 / 01 Oktyabr 2026
120
22:53 / 01 Oktyabr 2026
112
22:52 / 01 Oktyabr 2026
126
22:50 / 01 Oktyabr 2026
203
22:42 / 01 Oktyabr 2026
94
22:31 / 01 Oktyabr 2026
107
22:24 / 01 Oktyabr 2026
135
22:18 / 01 Oktyabr 2026
273
22:07 / 01 Oktyabr 2026
112
21:42 / 01 Oktyabr 2026
104
21:41 / 01 Oktyabr 2026
128
21:31 / 01 Oktyabr 2026
109
21:29 / 01 Oktyabr 2026
117
21:26 / 01 Oktyabr 2026
324
21:25 / 01 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.