Bu çay yarım saata adamı yatızdırırmış
02 May 2026, 22:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1155
10.02.2026, 10:55
Ötən gün ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun ABŞ-nin “Abraham Lincoln” aviadaşıyıcısına səfərindən sonra İranın xarici işlər naziri Abbas Araqçi Körfəz bölgəsində İran hərbi gəmisində olub.
Bu addımlar ABŞ-nin məqsədindən geri dönməyəcəyini, İranın isə ABŞ-nin qarşısında duracağına, meydandan çəkilməyəcəyinə bir işarə deyil ki? Yəni, bu ABŞ - İran müharibəsinə bir addım da yaxınlaşmaq kimi görünmür ki?
Mövzu ilə bağlı Oxu24.com-un suallarını politoloq Turan Rzayev cavablandırıb.
Politoloq bildirib ki, indiki məqamda ABŞ və İran arasında bir gərginlik mövcuddur və tərəflərin bu tipli siyasi mesajlar, hərbi güc göstəriləri etməsi başa düşüləndir:" Mən əvvəllər bu barədə demişdim ki, ümumiyyətlə, ABŞ-nin İrana müdaxilə etmək istədiyini düşünmürəm. Trampin belə bir niyyəti olduğunu da düşünmürəm. Çünki, müharibə xərc tələb edir və söhbət ondan gedir ki, ABŞ ordusu dünyanın ən müasir texnologiyalarına malik peşəkar, güclü, eyni zamanda ən bahalı ordusudur. Belə bir ordunu bir yerdən başqa bir yerə daşımaq, sonra total bir müharibəyə cəlb etmək olduqca böyük xərc tələb edir. ABŞ admistrasiyası indiki məqamda bu xərclərə girişmək istəmir.Tramp, ümumiyyətlə, ABŞ-nin borc və xərclərini azaltmaq üçün müxtəlif variantlardan istifadə edir. Belə bir dönəmdə çətin bir coğrafiyada yerləşən İranla döyüşən ən sonuncu variantdır. ABŞ ordusunun həm canlı qüvvə , həm də hərbi texnika cəhətdən itkilərə məruz qalacağı bir müharibəyə getməsi inandırıcı görünmür".
Həmçinin oxuyun
Politoloq xüsusi olaraq vurğulayır ki, müharibəni ABŞ-dən daha çox İsrail istəyir: “İsrail regionda İran kimi güclü dövlət görmək istəmədiyi üçün ABŞ-ni müharibəyə sövq etməyə çalışır. Hətta dünən İsrail mediası yazıb ki, İsrail ordusu ABŞ-yə İranın raket istehsalı müəssisələrinə zərbələr endirməyi ehtiva edən bir neçə plan təqdim edib. İsrailin bir rəsmisi isə bu tarixi məqamı İranın silah sənayesini darmadağın etmək üçün "tarixi fürsət" adlandırıb.
Ümumiyyətlə, İsrail rəsmiləri çox narahatdırlar ki, ABŞ əsas təhlükəni aradan qaldırmayacaq, məhdud hücumlar həyata keçirəcək ki, bu da İsrailin istəklərini təmin etmir.
İran tərəfinin atdığı addımları diqqətlə izləsək , görərik ki, İran da ABŞ kimi güc göstərisi nümayiş etdirsə də, müharibə olmasında maraqlı deyil. Beləki, İran parlamenti fevralın 9-da ölkənin ABŞ-la nüvə məsələsilə bağlı danışıqların birinci mərhələsinin aralıq nəticələrini nəzərdən keçirmək üçün iclas keçirib və Omanda növbəti görüşə hazırlaşır”-deyə politoloq vurğulayıb.
Əntiqə Rəşid
22:22 / 02 May 2026
22
22:19 / 02 May 2026
36
22:15 / 02 May 2026
25
22:08 / 02 May 2026
75
22:03 / 02 May 2026
36
21:58 / 02 May 2026
132
21:54 / 02 May 2026
40
21:43 / 02 May 2026
77
21:38 / 02 May 2026
713
21:37 / 02 May 2026
39
21:35 / 02 May 2026
43
21:13 / 02 May 2026
209
21:05 / 02 May 2026
52
20:58 / 02 May 2026
184
20:31 / 02 May 2026
53
20:21 / 02 May 2026
59
20:00 / 02 May 2026
68
19:50 / 02 May 2026
76
19:44 / 02 May 2026
78
19:25 / 02 May 2026
85
18:59 / 02 May 2026
69
18:50 / 02 May 2026
653
18:46 / 02 May 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.