Gecə 2-də işıqlar SÖNƏCƏK
12 Aprel 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
619
09.02.2026, 18:45
Hazırda hətta körpələrin belə əlindən düşməyən planşet və telefonlar, əslində bir əyləncə vasitəsi deyil, uşaq inkişafı üçün risk mənbəyidir.
Oxu24.com xəbər verir ki, uşaq sağlamlığı və xəstəlikləri üzrə türkiyəli mütəxəssis Dr. Barış Yazarın son açıqlamaları valideynləri ciddi narahat edib. Xüsusilə beyin inkişafının "qızıl dövrü” hesab olunan erkən yaşlarda daha çox ekrana baxmaq, uşaqlarda danışmağın gecikməsi, diqqət pozuntuları və aqressiv davranışlara yol aça bilər.
0-3 yaş dövrü kritikdir
Dr. Yazar bildirib ki, 0-3 yaş dövrü uşaqların beyin inkişafının ən sürətli olduğu dövrdür. Bu yaşda ekran qarşısında çox vaxt keçirən uşaqlarda dil inkişafı gecikir, diqqət müddəti azalır və sosial bacarıqlar zəifləyir. Eyni zamanda belə uşaqlarda aqressiv davranışlar müşahidə oluna bilər.
Çox vaxt tövsiyə olunan ekrana baxma müddəti ötür.
Mütəxəssisin sözlərinə görə, uşaqlar üçün gündəlik ekran müddətləri belədir:
0-2 yaş: ekranla heç tanış olmamalıdır
2-5 yaş: gündə ən çox 1 saat
6-10 yaş: gündə 1 saat
11 yaş və yuxarı: gündə maksimum 2 saat
Amma bu gün ekranla tanış olma yaşı 6 ayın altına qədər enib ki, bu da diqqət pozuntuları, aqressivlik və məktəbdə zəif nəticə kimi problemlərə səbəb ola bilir.
Ekran asılılığının əlamətləri
Dr. Yazar ekrana nəzarətin yoxluğunu göstərən bəzi işarələrdən söz açıb: ekran söndürüldükdə ağlama və əsəb krizləri, digər oyunlara maraq göstərməmək, davamlı ekran istəyi, yuxuya getməkdə çətinlik və ünsiyyətdə azalma.
Ən çox rastlanan problemlər: gec dil açma və diqqət çatışmazlığı
Mütəxəssis bildirib ki, uşaqlar danışmağı ekrandan dinləməklə deyil, qarşılıqlı ünsiyyət vasitəsilə öyrənir. Tez keçidli və intensiv xəbərdaredici ekran məzmunları uşağın ətraf mühitlə əlaqəsini zəiflədə bilər.
Valideynlərin ən çox etdiyi səhvlər
Həmçinin oxuyun
Uşağın sakit qalması üçün telefon, planşet vermək, televizorun arxa planda daim açıq olması və vaxt məhdudiyyətlərinin olmaması valideynlərin ən çox etdiyi səhvlərdəndir.
Yemək və yuxu zamanı ekran risklidir
Ekran qarşısında yemək yeyən uşaqlarda aclıq-toxluq fərqindəliyi inkişaf etmir, bu isə gələcəkdə piylənmə və qidalanma pozuntularına səbəb ola bilər. Ekran qarşısında yuxuya getmək isə melatonin hormonunun ifrazını pozur.
Hər maarifləndirici videolar güvənli deyil
Dr. Yazar xəbərdarlıq edib ki, sürətli səhnə keçidləri və intensiv uyarıcı məzmun uşaqlar üçün zərərlidir.
Ekran müddətində ardıcıllıq vacibdir
Valideynlər əvvəlcədən ekran müddətlərini müəyyən etməli, sonradan müzakirə etməməli və müddət bitdikdə ekranı mütləq bağlamalıdır. Onlar özü də bu qaydalara əməl etməlidir.
Ekrandan kənar fəaliyyətlər təşviq olunmalıdır
Uşaqların ekran yerinə kitab oxuma, lego və puzzle oyunları, rəsm və xəmir işləri, açıq havada oyun və parklarda vaxt keçirməsi həm diqqət müddətini artırır, həm də sosial bacarıqları inkişaf etdirir.
Tam qadağa doğru deyil
Ekranı tamamilə qadağan etmək də düzgün deyil, çünki bu, uşaqlarda gələcəkdə texnologiya ilə sağlam olmayan bir münasibət yarada bilər. Vacib olan tarazlı, nəzarətli və şüurlu istifadə vərdişlərinin formalaşdırılmasıdır.Qaynarinfo
00:25 / 12 Aprel 2026
317
00:15 / 12 Aprel 2026
258
00:12 / 12 Aprel 2026
103
00:09 / 12 Aprel 2026
84
00:03 / 12 Aprel 2026
187
23:50 / 11 Aprel 2026
22658
23:47 / 11 Aprel 2026
113
23:33 / 11 Aprel 2026
99
23:26 / 11 Aprel 2026
159
23:22 / 11 Aprel 2026
201
23:09 / 11 Aprel 2026
98
23:08 / 11 Aprel 2026
105
23:01 / 11 Aprel 2026
211
22:48 / 11 Aprel 2026
704
22:46 / 11 Aprel 2026
95
22:39 / 11 Aprel 2026
85
22:34 / 11 Aprel 2026
96
22:32 / 11 Aprel 2026
555
22:19 / 11 Aprel 2026
211
22:18 / 11 Aprel 2026
361
22:07 / 11 Aprel 2026
218
22:03 / 11 Aprel 2026
115
22:02 / 11 Aprel 2026
1367
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.