Süni intellekt brauzerlərində yaratdığı əsas təhlükə
28 İyul 2026, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
744
09.02.2026, 18:12
Son illər məktəblərdə təhlükəsizlik məsələləri cəmiyyətdə narahatlıq doğurur. Xüsusilə, şagirdlərin məktəbə giriş zamanı yoxlanılması ideyası həm valideynlər, həm də mütəxəssislər arasında müzakirə olunur. Bu yanaşma real təhlükəsizlik təminatı yarada bilərmi, yoxsa əlavə vaxt və resurs itkisinə səbəb olar?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bütün məktəblərdə giriş-çıxışın xüsusi nəzarət altında olması müsbət addımdır. Ancaq bu məsələ hazırda real görünmür:
“Yaxşı olar ki, bütün məktəblərdə giriş-çıxış xüsusi nəzarət altında olsun. Amma bu, bir qədər müşkül məsələdir. Bu günə qədər sözügedən istiqamətdə ciddi müzakirə aparılmayıbsa, deməli, yaxın vaxtlarda da reallaşması gözlənilmir”.
Ekspert qeyd edib ki, şagird sayı çox olan məktəblərdə bu cür nəzarət müəyyən təhlükəsizlik faydası versə də, praktik baxımdan ciddi çətinliklər yarada bilər:
“Elə məktəblər var ki, şagird sayı 4 minə yaxındır. Bu qədər şagirdin xüsusi qurğulardan keçirilməsi, təhlükəsizlik baxımından detalların yoxlanılması böyük vaxt aparar. Bu səbəbdən alternativ mexanizmlər düşünülməlidir”.
Məzahir Məmmədli vurğulayıb ki, təhlükəsizliyin təmin olunması yalnız Təhsil Nazirliyinin deyil, daha geniş miqyasda Nazirlər Kabinetinin səviyyəsində müzakirə edilməli məsələdir:
“Bütün hallarda təhlükəsizlik ən yüksək səviyyədə təmin olunmalıdır və bu məsələ sistemli şəkildə dövlət qurumları tərəfindən düşünülməlidir”.
Ekspertin sözlərinə görə, hazırda şagird sayı az olan məktəblərdə təhlükəsizlik əsasən qarovulçular tərəfindən təmin olunur. Böyük məktəblərdə isə, xüsusilə Bakı şəhərində, müşahidə kameraları quraşdırılıb və bəzi hallarda xüsusi mühafizə şirkətləri ilə müqavilələr bağlanır:
“Bu sahədə peşəkar nəzarətçilərin fəaliyyət göstərməsi daha məqsədəuyğun olar”.
00:01 / 29 İyul 2026
3
23:54 / 28 İyul 2026
37
22:39 / 28 İyul 2026
41
22:39 / 28 İyul 2026
59
22:26 / 28 İyul 2026
66
22:20 / 28 İyul 2026
72
21:57 / 28 İyul 2026
63
21:48 / 28 İyul 2026
73
21:26 / 28 İyul 2026
69
21:05 / 28 İyul 2026
75
20:53 / 28 İyul 2026
67
20:26 / 28 İyul 2026
70
20:08 / 28 İyul 2026
70
19:48 / 28 İyul 2026
190
19:44 / 28 İyul 2026
84
19:38 / 28 İyul 2026
445
19:28 / 28 İyul 2026
552
19:24 / 28 İyul 2026
82
19:19 / 28 İyul 2026
148
19:14 / 28 İyul 2026
87
19:12 / 28 İyul 2026
80
18:34 / 28 İyul 2026
89
17:55 / 28 İyul 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.