Süni intellekt brauzerlərində yaratdığı əsas təhlükə
28 İyul 2026, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1022
09.02.2026, 16:08
Azərbaycanda deputatlıq fəaliyyəti ilə eyni vaxtda rektor vəzifəsini icra etmək qanunvericiliyin tələblərinə zidd olsa da, buna yeganə nümunə kimi Eldar Quliyevi göstərmək olar.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, 75 yaşlı Eldar Quliyev həm deputat, həm də Kooperasiya Universitetinin rektoru kimi fəaliyyət göstərir, bu barədə təhsil ocağının saytında da məlumat yer alıb. E.Quliyevin hazırda rektor olduğunu universitetin Mətbuat xidməti də saytımıza təsdiqləyib.
Məsələ ondan ibarətdir ki, Konstitusiyanın 85-ci maddəsində Milli Məclisin deputatlığına namizədlərə dair tələblər müəyyən edilib və bu tələblər deputat mandatı ilə digər vəzifələrin uzlaşmasına dair məhdudiyyətləri nəzərdə tutur. Çünki rektor vəzifəsi icraedici və inzibati səlahiyyətlərə malik olduğundan deputatlıq fəaliyyəti ilə paralel icrası qanunvericiliyin tələblərinə ziddir.
Eldar Quliyevin həm deputat, həm də rektor kimi fəaliyyət göstərməsi qanunvericiliyin tətbiqinə dair suallar yaradır.
Mövzu ilə bağlı elə Eldar Quliyevin özü ilə əlaqə saxladıq. Deputat qeyd etdi ki, Kooperasiya Universiteti balaca, özəl universitet olduğu üçün onun rektorluğu davam edir: “O vaxt dövlət universitetinin rektorları deputat olmaq istəyəndə seçim etdilər. Bizdə isə özəl universitet olduğu üçün bir söz demədilər”.
Bununla əlaqədar Milli Məclisin İntizam Komissiyasının sədr müavini Asim Mollazadənin də mövqeyini öyrəndik. O, saytımıza açıqlamasında bildirdi ki, bu məsələ indiyə qədər İntizam Komissiyasında müzakirəyə çıxarılmayıb: “Bəli, qanunla deputatın rektor kimi fəaliyyət göstərməyi qadağandır. Amma bildiyimə görə, Eldar müəllim rektorluqdan imtina edib və sadəcə olaraq orada Şura rəhbəridir, rektor deyil.
Universitet ola bilsin ki, sizə səhv məlumat verib. Bizdə olan məlumata görə, Eldar müəllim rektor deyil. Məlumat dəqiqdirsə belə, İntizam Komissiyasında bu məsələnin müzakirəsi barədə bir şey deyə bilmərəm. Məndə bu barədə məlumat yoxdur. Olmayan şeyi necə müzakirə etmək olar?!”
Məlumat üçün bildirək ki, əvvəlki illərdə deputatlığa namizəd olan bir sıra tanınmış şəxslər məhz bu səbəbdən seçim qarşısında qalıblar. Belə ki, vaxtilə Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev deputatlığa namizəd olarkən qərar verərək ya deputat mandatını seçib, ya da fəaliyyətlərinə rektor olaraq davam ediblər.
Qeyd edək ki, E.Quliyev Milli Məclisin II, III, IV, V, VI və VII çağırış üzvü olub. Hazırda parlamentin Hesablayıcı komissiyasının sədridir. O, eyni zamanda 2020-ci ildə Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.
00:01 / 29 İyul 2026
3
23:54 / 28 İyul 2026
37
22:39 / 28 İyul 2026
41
22:39 / 28 İyul 2026
59
22:26 / 28 İyul 2026
66
22:20 / 28 İyul 2026
72
21:57 / 28 İyul 2026
63
21:48 / 28 İyul 2026
73
21:26 / 28 İyul 2026
69
21:05 / 28 İyul 2026
75
20:53 / 28 İyul 2026
67
20:26 / 28 İyul 2026
70
20:08 / 28 İyul 2026
70
19:48 / 28 İyul 2026
190
19:44 / 28 İyul 2026
84
19:38 / 28 İyul 2026
445
19:28 / 28 İyul 2026
552
19:24 / 28 İyul 2026
82
19:19 / 28 İyul 2026
148
19:14 / 28 İyul 2026
87
19:12 / 28 İyul 2026
80
18:34 / 28 İyul 2026
89
17:55 / 28 İyul 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.