Bu gündən bəzi yollar BAĞLANACAQ
02 Oktyabr 2026, 09:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1706
09.02.2026, 15:01
Minimum əməkhaqqının dövri olaraq artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov "Əmək Məcəlləsinə" təklif edilən və artıq parlamentdə birinci oxunuşda qəbul olunan dəyişiklikləri şərh edərkən deyib.
Onun sözlərinə görə, sənədə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq:
"Bu da minimum əməkhaqqının artımında dövriliyin təmin olunacağı deməkdir. Eyni zamanda, bununla artımlar qanunla tənzimlənəcək. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir".
V.Bayramov xatırladıb ki, vahid tarif cədvəlində əməkhaqları 19 dərəcə üzrə müəyyənləşdirilir:
"Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əməkhaqqının dövri olaraq artırılması praktik olaraq bütün dərəcələrə şamil olunacaq. Bu zaman maaşın minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Bütövlükdə, minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb ola bilər".
09:29 / 02 Oktyabr 2026
1
09:18 / 02 Oktyabr 2026
30
09:14 / 02 Oktyabr 2026
104
09:12 / 02 Oktyabr 2026
35
09:00 / 02 Oktyabr 2026
39
08:59 / 02 Oktyabr 2026
40
08:24 / 02 Oktyabr 2026
179
08:23 / 02 Oktyabr 2026
74
08:21 / 02 Oktyabr 2026
72
02:00 / 02 Oktyabr 2026
105
00:03 / 02 Oktyabr 2026
343
23:54 / 01 Oktyabr 2026
103
23:41 / 01 Oktyabr 2026
163
23:12 / 01 Oktyabr 2026
163
23:00 / 01 Oktyabr 2026
123
22:53 / 01 Oktyabr 2026
113
22:52 / 01 Oktyabr 2026
130
22:50 / 01 Oktyabr 2026
214
22:42 / 01 Oktyabr 2026
95
22:31 / 01 Oktyabr 2026
108
22:24 / 01 Oktyabr 2026
137
22:18 / 01 Oktyabr 2026
277
22:07 / 01 Oktyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.